Ermənistan

Vardanyan Moskvaya üsyan etdi: köpək sahibinin əlini dişləyir

2 Fevral 2023 10:57
Baxış: 4 627
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan Kanadanın "The Hill Times" nəşrinin müxbiri ilə söhbətində Laçın dəhlizində azərbaycanlı ekofəalların keçirdikləri etiraz aksiyasına toxunub. Qondarma qurumda "nazir" vəzifəsini tutan Vardanyan müsahibəsində Kanada və beynəlxalq ictimaiyyəti Laçın dəhlizinin açılması üçün Bakıya təzyiq göstərmək kimi cəfəng fikirlər səsləndirib.

Lakin maraqlı olan başqa məsələdir. Vardanyan Azərbaycanın Laçın dəhlizi boyunca nəqliyyatın hərəkəti ilə bağlı Rusiya tərəfinin yaydığı məlumatlara etiraz edib. Bildirib ki, dekabrın 12-dən Rusiya sülhməramlılarına və BQXK-ya məxsus cəmi bir neçə yüz yük maşını Laçın dəhlizindən keçib.

"Müqayisə üçün qeyd etmək istərdim ki, blokadadan əvvəl Qarabağa gündə 800-dən 1000-ə qədər yük maşını daxil olurdu", - Vardanyan vurğulayıb ki, blokada nəticəsində müntəzəm olaraq dərman, ərzaq, yanacaq və elektrik enerjisi təchizatı dayandırılıb. Halbuki tək bir gün ərzində Xankəndinə 64 yük avtomobilinin keçdiyi barədə rəsmi xəbərlər var. Bu artıq o anlama gəlir ki, Vardanyan onu bura göndərən ölkəyə qarşı da çıxır. 

Yeri gəlmişkən, "Azadlıq" radiosunun erməni xidmətinin Xankəndindən hazırladığı başqa bir reportajda da erməni sakinlər də sülhməramlıları hədəfə alıblar. Bildirblər ki, Rusiya sülhməramlılarının gətirdikləri məhsullar onların ehtiyacının heç 10 faizini ödəmir. Halbuki reportajda ermənilər gülə-gülə "az da olsa nəsə verirlər, məsələn, altı narıngi və bir portağal ala bildik" deyə bildiriblər. O da bəlli olur ki, Xankəndində alverçilər süni qıtlıq yaratmaqla vəziyyəti gərginləşdirməyə çalışırlar. Vəziyyət də o həddə çatıb ki, separatçı qurumda qiymət artımına yol verən obyektlər ilə üzləşən sakinlərin "qaynar xəttə" müraciət etmələri xahiş olunur.

Azər Nuriyev
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.