“Adamları müəyyən pul qarşılığında buraxırlar"- erməni deputatdan Paşinyana ittiham
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan ilyarım öncə cinayət işi çərçivəsində dövlətə 3.5 milyard dram, yaxud 7 milyon dollara yaxın vəsait köçürüb.
Milli.Az erməni mediasına istinadən xəbər verir ki, Baş prokurorluğun məlumatına görə, Sarkisyan bu pulu 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra açılmış cinayət işi üzrə, cinayət nəticəsində vurulmuş ziyanın, cərimələrin ödənməsi üçün köçürüb. Elə buna görə də Sarkisyan cinayət məsuliyyətinə cəlb olunmayıb. Azatutyun yazır ki, cinayət işi vergilərdən, digər məcburi ödənişlərdən qəsdən yayınma maddəsi üzrə açılıb, əmlakı müsadirə olunmaqla 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutub. Sarkisyan isə vaxtilə yayındığı vergiləri ödədiyindən ona qarşı cinayət təqibi davam etdirilməyib.
Gəlirlərin 50 faizi
2018-ci ilin "Məxməri inqilab"ından əvvəl və sonra müxalifət dairələrində, daha geniş ictimaiyyət arasında belə bir fikir dolaşırdı ki, Serj Sarkisyanın "qüdrətli" qardaşı Ermənistanda müxtəlif gəlirli müəssisələrin payına qanunsuz girərək gəlirin 50 faizini əldə edib. Baş nazir Nikol Paşinyan hakimiyyətə gələndən bir neçə ay sonra deyirdi ki, Aleksandr Sarkisyanın Ermənistanın bank hesablarının birindəki pullarına həbs qoyulub.
"Deyirdilər, soruşurdular axı, Saşikin 50 faizi hardadır? Mən də soruşuram, hardadır? Serj Sarkisyanın qardaşı Saşik Sarkisyanın Ermənistanda bankda 30 milyon dolları var və bütün pullara həbs qoyulub", - Paşinyan 2018-ci ildə deyirdi.

Qarabağa ayrılan pullar
Baş prokurorluq onu da bildirir ki, 66 yaşlı Sarkisyan 7 milyon dollardan savayı, Qarabağın "silahlı qüvvələrinə və hərbçilər fonduna" 20.5 milyon dollar ianə köçürüb. Aleksandr Sarkisyan ümumilikdə 27.5 milyon dollar ödəyib. Sarkisyana qarşı iki cinayət işinin olduğu bildirilir. Birində söhbət illər ərzində müxtəlif müəssisələrdə qanunsuz paylardan gedir. Paşinyan müxalifətdən deputat olanda bu haqda danışırdı. Hüquq müdafiəçisi Zarui Ovanisyan Paşinyan komandasının ictimaiyyətin gözləntilərini doğrultmadığını deyib. "Adamları müəyyən pul kompensasiyası qarşılığında buraxırlar. Belə təəssürat yaranır ki, belə bəyanatlar, sadəcə, qanunsuz olub, üstəlik, hüquq-mühafizə orqanları gərəkən təhqiqatı aparmayıb, yetərincə fakt toplamayıb", - o vurğulayıb.
280 min dollarlıq rəsm əsərləri
Sarksyan həmçinin Martiros Saryanın rəsmləri ilə bağlı dələduzluqda suçlanıb. İttihamnaməyə görə, Sarksyanın oğlu Narek Sarkisyan Saryanın etibarından sui-istifadə edərək 280 min dollarlıq rəsm əsəri alıb, ona 28 min dollar ödəmək, qalan pula birgə kazino açmaq, obyektin fəaliyyətinə himayədarlıq vəd edib. Əsərləri ələ keçirən Sarkisyan vədinə əməl etməyib. Baş prokurorluq bu cinayət işinin cinayət tərkibi olmadığı üçün bağlandığını bildirir. "Azatutyun" yazır ki, görünür, Sarksyanlar tanınmış rəssamın işlərini özlərinin Tumanyan küçəsindəki mənzillərində gizlədəndə cinayət etməyiblər.
2018-ci ili iyulunda Milli Təhlükəsizlik Xidməti Sarkisyanların mənzilində 9 saat axtarış aparıb. Bundan sonra Aleksandr Sarkisyan nəzarətə alınıb. Saryanın əsərləri də onun mənzlində aşkarlanıb. Rəssamın əl işləri Milli Qalereyaya yerləşdirilsə də, hazırda onların əvvəlki yerdə, Sarkisyanların paytaxt Yerevandakı mənzilində olduğu bildirilir.
Azər Nuriyev
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
XƏBƏR LENTİ
-
Bakı-Sumqayıt yolunda ağır qəza - Avtomobillər aşdı - (Video)
-
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
-
Bakıda skuterdən yıxılan kişi öldü
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Ayın 24-də leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
-
Pakistanda nazir silahlı şəxslər tərəfindən qaçırıldı
-
Tacir Şahmalıoğlu əməliyyatdan sonra ilk dəfə paylaşım etdi - (Video)
-
Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib - (Foto)
-
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlandı
-
Azərbaycan Qran-Prisi: İsak Hadjar yarışlara qayıdır
-
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetinə görə 1 milyon manat alıb? - Açıqlama
-
Ceyran Rəhimova illər sonra bu kanalda aparıcılıq edəcək
-
Azərbaycanda tanınmış idmançı tutuldu
-
Martin Ryan əfv edilib
-
İrem Derici: "Dünyanın ən yaxşı anası olaram"
-
Prezident İlham Əliyev əfv Sərəncamı imzalayıb
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
-
Kremlin NATO planı açıqlandı: Böyük müharibəyə ehtiyac yoxdur
-
Şəhid oğlundan ABŞ-də böyük uğur - “Eynşteyn vizası” aldı - (Foto)
-
Mərkəzi Bank faiz qərarını açıqladı





