İrəvan özünə KTMT şilləsi vurur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistan müstəqillik tarixinin ən rəzil günlərindən birini yaşayır. Paytaxt İrəvanın bir hissəsində Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının İrəvanda toplantısı keçirilir, digər hissəsində isə bu tədbirə və orada Rusiya prezidenti Vladimir Putinin iştirakına etiraz aksiyası keçirilir. Və aksiyada KTMT uğursuzluq, Qarabağ məğlubiyyətinin səbəbkarı kimi göstərilir.
Həqiqətən də, erməni rəzilliyi bitib-tükənmir. Bəllidir ki, baş nazir Nikol Paşinyan hakimiyyətə gələndən sonra ilk işi KTMT-yə qarşı açıq müharibə elan etmək oldu, hətta həmin dönəm sədrliyini edən erməni generalını həbs etdirməkdən də çəkinmədi. Və ilk illər qərbpərəst siyasət yürütməsi, Rusiyanın maraqlarına arxa çevirməsi, Ermənistan-Rusiya münasibətlərində soyuqluq yaranması ilə yadda qaldı.

"Rusiya prezidenti Vladimir Putinin səfəri ərəfəsində erməni qərbpərəstlər, daha doğrusu Nikol Paşinyanın əlaltıları arasında sözlə ifadə olunmayan isteriya yaranıb. Hər yerdə və bacardıqca tez-tez Putini etiraz aksiyaları ilə qarşılamağa, rus mədəniyyətinə aid heykəlləri dağıtmağa dair fikirlər səsləndirirlər. "KTMT düşməndir" başlığı ilə materiallar yayırlar". Bu xəbəri "Hraparak" qəzeti yayıb. Qəzetin yazdığna görə, "aksiyaya çağırış edənlər noyabrın 23-də Azadlıq meydanına toplaşacaqlarını qeyd edirlər. Paşinyan tərəfdarları KTMT üzvlərini, xüsusilə də Putini İrəvanda etirazlarla qarşılamağı erməni xalıq üçün ləyaqət məsələsi hesab edirlər", - məlumatda deyilir.

Onu da qeyd edək ki, Ermənistan hakimiyyəti 44 günlük müharibədən sonra isə dəfələrlə çalışdı ki, KTMT-ni Azərbaycana qarşı addımlar atmağa sövq etdirsin. Lakin məqsədinə çata bilmədi. Elə KTMT-nin videoformat şəklində keçirilən iclaslarında Paşinyan Azərbaycanı "təcavüzdə" ittiham etsə də, qurumda təmsil olunanlar onu dəstəkləmədilər. Paşinyana ən ağır formada cavabı isə Belarus prezidenti Aleksandır Lukaşenko səsləndirdi. Belarus prezidenti açıq bəyan etdi ki, bütün məsələləri Prezident İlham Əliyevlə həll etmək lazımdır. Hətta onu da dedi ki, bu gün qərar verməsəniz, daha pis olacaq. O cümlədən, iclasda iştirak edən Qazaxıstan prezidenti Tokayev də oxşar mövqe ortaya qoydu. Və indi də toy-bayramla KTMT-nin toplantısını keçirir. Və sonda bir faktı qeyd edək ki, Rusiya prezidenti İrəvana getməzdən öncə Azərbaycan prezidentinə zəng etdi. Hesab etmək olar ki, bu zəng ermənilər üçün çox mətləblərdən xəbər verməlidir.
Azər Nuriyev
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
XƏBƏR LENTİ
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi





