Erməni müxalifəti Qarabağla bağlı sessiya çağırdı - Paşinyan üçün kritik gün...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Artıq uzun müddətdir ki, Ermənistan müxalifəti iqtidardan Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağına dair bəyanat verməsini tələb edir.
"Dağlıq Qarabağ tənzimlənməsinin Qarabağın Azərbaycanın tərkibində olmasını "ehtiva edən heç bir yekun variantı Ermənistan üçün məqbul sayıla bilməz".
Milli.Az "Azatutyun"a istinadən bildirir ki, baş nazirin istefasını tələb edən müxalifətin ölkənin Milli Məclisinə təqdim etdiyi "bəyanat layihəsində" belə deyilir. Layihədə parlamentdən tələb edilir ki, İrəvan sərhədin demarkasiyası üçün ön şərt kimi Bakıdan bütün əsirlərin qaytarılmasını və Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisindən çıxarılması tələbini irəli sürsün.
Bu da qeyd olunur ki, demarkasiya zamanı Ermənistanın ərazi bütövlüyünün pozulması istisna olunmalıdır. Bəyanatda deyilir ki, Ermənistan-Türkiyə yaxınlaşması üçün imzalanacaq istənilən razılaşmada qondarma "erməni soyqırımı" inkar oluna bilməz.
Müxalifət etirazlarının lideri, Milli Məclis spikerinin müavini İşxan Saqatelyan iqtidar deputatlarından parlamentə gəlib mövqelərini bildirmələrini tələb edib: "Əgər onlar İlham Əliyevdən qorxmurlarsa qoy parlamentə gəlib bu erməniyönlü sənədə münasibət bildirsinlər. Deyirlər ki, siyasi gündəlik yoxdur. Buyurun, biz çox konkret tərtib olunmuş sənəd təqdim etmişik".
Keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasından başqa bir deputat - Armen Rustamyan deyib ki, iqtidar bu bəyanatı qəbul etməsə, deməli "Türkiyə-Azərbaycan tandeminin" maraqlarına xidmət edir. İqtidar müxalifətin iki fraksiyası tərəfindən irəli sürülmüş bu təşəbbüsə hələki münasibət bildirməyib. Müxalifət parlamentin növbədənkənar sessiyasını iyunun 3-ə çağırıb.
Azatutyun qeyd edir ki, parlamentdə mütləq çoxluğa malik hakim "Vətəndaş müqaviləsi" fraksiyasından olan deputatların həmin iclasa gəlib-gəlməyəcəyi və bu bəyanatı müzakirəyə çıxarıb-çıxarmayacağı məlum deyil.
İqtidar deputatı: "Müxalifət parlament qayıdıb ki?"
Artıq uzun müddətdir ki, Ermənistan müxalifəti iqtidardan "Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağına" dair bəyanat verməsini tələb edir.
Hakim fraksiyanın katibi Artur Ovannisyan deyib ki, onlar bu məsələyə öz münasibətlərini iclasda açıqlayacaqlar. Başqa bir iqtidar deputatı - Vladimir Vardanyan isə kinayəli şəkildə deyib: "Bunu müxalifətin parlamentə qayıdışı kimi qiymətləndirmək lazımdır?" Lakin müxalifətdən olan millət vəkili Armen Rustamyan deyib ki, o və yoldaşları parlament işi ilə küçə yürüşlərini paralel aparacaqlar.
Kamran Seyidov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
XƏBƏR LENTİ
-
Bu içki qaraciyəri qoruyurmuş
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"





