Ermənistan

Revanşitslər asır, erməni xalqı cırır - FOTO

10 May 2022 12:00
0 Şərh     Baxış: 1 137
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda müxalifətin qondarma "arsax"ın əski parçasını müxtəlif yerlərdə nümayiş etdirmək istəyinə elə ermənilərin özləri etiraz edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, müxalifətin aksiyaya başladığı ilk günlərdə Fransa meydanında separatçıların əski parçasını cırmışdılar. Daha sonra parlamentdə Seyran Ohanyanın tribunada sərgilədiyi əski parçasını Paşinyanın deputatları götürdülər.

Bu foto isə İrəvanda binaların birinin liftində çəkilib. Müxalifəti dəstəkləyənlər əski parçasını liftə yapışdırsalar da, elə yerli sakinlər tərəfindən üzəri cızılıb.

Ermənistanda əhalinin müəyyən hissəsi (son seçkilərdə Paşinyanın 50 faizdən çox səslə qalib gəlməsi bunun böyük say olduğunu deməyə əsas verir) Qarabağ yükündən tamamilə azad olmaq istəyir və artıq bunu əməli şəkildə büruzə verir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.