Paşinyanın prezidentliyə namizədi kim olacaq…
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Prezident Armen Sarkisyanın istefasından sonra hökumət üzvləri çılğınlıq içindədirlər, kimin prezidentliyə namizədliyini irəli sürəcəklərinə qərar verə bilmirlər. Baxmayaraq ki, hakim "Mülki müqavilə" partiyası çoxdan istəyirdi ki, prezident bu siyasi təşkilatdan olsun, yəni Armen Sarkisyandan qurtulsunlar. Amma yeni prezidentin təyinatı məsələsinin onlar üçün böyük problem olacağını təsəvvür etmirdilər".
Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistanda çıxan "Joğovurd" qəzeti yazıb.
Qəzet qeyd edir ki, indi həm hakim partiya, həm də eyni adlı parlament çoxluğu baş nazir Nikol Paşinyanın iştirak edəcəyi növbəti iclası gözləyir.
Verilən məlumata görə, hökumətin Dilicanda təxirə salınan iclası yəqin ki, bu həftəsonu baş tutacaq. Yalnız bundan sonra hakim partiyanın prezidentliyə namizədinin kim olduğu bilinəcək.
"Məsələ burasındadır ki, Paşinyan prezidentliyə namizədi şəxsən seçib onu komanda yoldaşlarına təqdim edəcək və yəqin ki, partiya üzvləri namizəd seçiminə nə etiraz edəcək, nə də bu barədə müzakirə aparacaq", - qəzet yazır.
Hakimiyyət mətbuatında bir neçə prezidentliyə namizədin adı nəzərdən keçirilsə də, Paşinyanın son anda öz komandasından birini prezident postuna gətirəcəyi istisna olunmur.
Nikol Paşinyan son mətbuat konfransı zamanı yeni prezidentin hökumət və parlament çoxluğu, "Mülki müqavilə" partiyası ilə ahəngdar işləməli olduğunu vurğulayıb. O xatırladıb ki, hələ ötən il Baş Qərargah rəisi Onik Qasparyan baş nazirin istefasını tələb edərkən Armen Sarkisyan onun vəzifədən azad edilməsi haqqında fərmanı imzalamaq istəmirdi.
"Həmin harmoniyanın olmaması səbəbindən bizim çox ciddi çətinliklərimiz var idi, bəlkə də o anda hətta onların dərinliyini qeyd etməmişdik. Xüsusən də Baş Qərargahın ötən il məşhur bəyanatı kontekstində bu, ümumiyyətlə, hökumətin problemi deyildi, bu, icra hakimiyyətinin problemi deyildi, mənim qiymətləndirməm odur ki, biz o zaman dövlətçiliyi itirmək ərəfəsində idik", - Paşinyan bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
XƏBƏR LENTİ
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)





