Ermənistan

Türkiyə İrəvana bu şərtləri diktə edəcək - Baqdasaryan

21 Dekabr 2021 10:26
0 Şərh     Baxış: 843
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin ilkin şərtləri olmadan Ankara-İrəvan arasında əlaqələrin normallaşması baş tutmayacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Armen Baqdasaryan deyib.

O, Ermənistan rəsmilərinin ilkin şərtlər olmadan Ankara ilə danışıqlara başlaması yönündə açıqlamarına şübhə ilə yanaşdığını bildirib:

"Türkiyə Ermənistandan bir daha "soyqırım"ın tanınması məsələsini beynəlxalq səviyyədə qaldırmaması üçün israr edəcək. Ankara İrəvandan birdəfəlik və həmişəlik ərazi, maddi və s. iddialardan əl çəkməyi tələb edəcək. Daha bir tələb Zəngəzur dəhlizi ilə bağlı olacaq".

Baqdasaryan, həmçinin əlavə edib ki, Türkiyə Ermənistanda məktəblərin dərslik proqramlarından "erməni soyqırımı" mövzunu da çıxartmağı şərt kimi irəli sürə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.