Amerika

ABŞ Almaniya və Fransanı itirir?

2 Oktyabr 2021 15:37
0 Şərh     Baxış: 1 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaşinqton Ukraynanın NATO-ya formal üzvlük mövzusundan qaçır, Kiyevi faktiki alyans üzvü kimi qəbul edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Amerikan Konservativ" nəşri məlumat yayıb.

Məqalə müəllifi Ted Halen Karpenter bildirib ki, artıq ABŞ-ın Almaniya və Fransa ilə əlaqələri arzuolunmazdır:

"Şimal axını" ilə bağlı maraqların toqquşması səbəbindən ABŞ-Almaniya münasibətləri kölgədə qalıb. Avstraliya ilə sualtı qayıqlarla bağlı müqavilədən sonra da Vaşinqtonla Paris arasında inam sarsıldı".

Karpenterin sözlərinə görə, Almaniya və Fransa Kiyevi uyğunsuz partnyor hesab edir. Narahatlığın birinci səbəbi Ukraynadakı korrupsiyanın səviyyəsindədir.

Bundan əlavə, məqalədə bildirilir ki, NATO sərhədlərinin Rusiyaya qədər uzanması da Moskvanın ciddi etirazına səbəb olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.