İdman

Cüdoçularımız ilk gündə 7 medal qazandı

9 Sentyabr 2021 20:57
0 Şərh     Baxış: 1 866
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarının səkkizinci gününü komandamız yeddi medalla başa vurub.

Milli.Az Trend-ə istinadən bildirir ki, cüdoçularımız qazandıqları bu medalların 2-si qızıl, 1-i gümüş, 4-ü bürüncdür. Belə ki, Səbinə Əliyeva (52 kq) və Əhməd Yusifov (60 kq) bütün rəqiblərini məğlub edərək çempion olublar. Rövşən Əliyev (60 kq) gümüş, Camal Feyziyev (+100 kq), Şəfəq Həmidova (48 kq), Elçin Hüseynov (66 kq) və Murad Fətiyev (81 kq) bürünc medallara sahib olublar.

Bununla da komandamızın birinci MDB Oyunlarında qazandığı medalların sayı 46-ya çatıb. Medalların 13-ü qızıl, 10-u gümüş, 23-ü bürüncdür.

Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək yarışlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. İdmançılarımız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9) və muaytay (tayboks, 6) idman növlərində mübarizə aparırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.