Vaşinqton və Tehran islam respublikasının nüvə proqramı ilə bağlı razılığa gələ bilməsələr, ABŞ administrasiyası İrana qarşı sərt tədbirlər görəcək.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Axios"a verdiyi müsahibədə bildirib.
"Ya razılaşma əldə edəcəyik, ya da ötən dəfə olduğu kimi sərt tədbirlər görməli olacağıq", - D.Tramp deyib.
Qeyd edək ki, Ağ Ev rəhbəri Yaxın Şərqə ikinci aviadaşıyıcı göndərmək niyyətində olduğunu da açıqlamışdı.
Milli.Az





