Amerika

Tramp Qrenlandiya planını dəstəkləməyən 8 Avropa ölkəsinə vergi qoydu

17 Yanvar 2026 21:43
Baxış: 462
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qrenlandiyanı ABŞ-nin nəzarətinə keçirmək istəyən Donald Tramp bu planı dəstəkləməyən 8 Avropa ölkəsinə qarşı "ticarət müharibəsi" elan edib. O, Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, İngiltərə, Hollandiya və Finlandiyadan ABŞ-yə gələn bütün mallara əlavə gömrük vergisi tətbiq olunacağını açıqlayıb.

Milli.Az xəbər verir ki, Trampın qərarına əsasən, bu ölkələrə qarşı ticarət məhdudiyyətləri mərhələli şəkildə sərtləşəcək:

1 fevral 2026-cı il: Mallara 10% gömrük vergisi tətbiq olunacaq.

1 iyun 2026-cı il: Bu vergi dərəcəsi 25%-ə qaldırılacaq.

Bu vergilər Qrenlandiyanın ABŞ tərəfindən tamamilə satın alınması barədə rəsmi razılıq əldə olunana qədər qüvvədə qalacaq.

Prezident Tramp sosial media hesabında Avropa ölkələrini kəskin tənqid edərək bildirib ki, bu ölkələrin Qrenlandiya ilə bağlı fəaliyyətləri dünya üçün "dayanıqsız bir risk" yaradır. O, ABŞ-nin milli təhlükəsizliyi və qurulmaqda olan "Qızıl Qübbə" (müdafiə sistemi) üçün bu adanın həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Danimarka Krallığına bağlı muxtar bölgə olan Qrenlandiya indiyə qədər ABŞ-nin suverenliyin təhvil verilməsi ilə bağlı təkliflərini rədd edib. Avropa ölkələri isə bölgədə hərbi əməkdaşlığı artırmaq üçün oraya kiçik hərbi bölmələr göndərməyə başlayıb. Tramp isə bu addımları qlobal sülhə təhdid kimi qiymətləndirərək sert tədbirlərin qaçılmaz olduğunu qeyd edib.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.