Venesuelanın yeni prezidenti and içərək fəaliyyətə başladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-nin hərbi əməliyyatı nəticəsində ələ keçirilərək Nyu-Yorka aparılan Venesuela Prezidenti Nikolas Maduronun yerinə vitse-prezident Delsi Rodrigez rəsmən fəaliyyətə başlayıb. Rodrigez and içdikdən sonra Venesuelanın müvəqqəti yeni prezidenti olub.
Milli.Az xəbər verir ki, ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi əməliyyat dünyanın bir nömrəli mövzusuna çevrilib. Nikolas Maduro və həyat yoldaşı Siliya Flores saxlanılaraq ABŞ-a gətirilib və məhkəmə qarşısına çıxarılıb.
Əvvəlcə ABŞ-yə sərt etiraz edən, lakin sonradan daha yumşaq bəyanatlar verən Maduronun köməkçisi Delsi Rodrigez artıq ölkəni müvəqqəti rəhbər kimi idarə edir. O, andiçmədən sonra özünün "Instagram" hesabından dünyaya və ABŞ-yə mühüm mesajlar yayımlayıb:
Rodrigez xarici təhdidlərdən uzaq, qarşılıqlı hörmətə və beynəlxalq əməkdaşlığa əsaslanan bir mühitdə yaşamaq istədiklərini bildirib.
"Prezident Donald Tramp, xalqlarımız və bölgəmiz müharibə deyil, sülh və dialoq layiqdir," - deyən Rodrigez, bu mesajın artıq bütün Venesuelanın ortaq mövqeyi olduğunu vurğulayıb.
Venesuela Ali Ədalət Məhkəməsi (TSJ) Maduronun yoxluğunda dövlət idarəçiliyinin davamlılığını təmin etmək üçün prezidentlik səlahiyyətlərinin Rodrigezə verilməsinə qərar verib.
Qeyd edək ki, Rodrigez ilk çıxışlarında ABŞ-dən Maduronun dərhal sərbəst buraxılmasını tələb etmiş və ABŞ rəhbərliyini beynəlxalq hüququ pozmaqda ittiham edərək "Venesuela heç bir ölkənin koloniyası olmayacaq" demişdi. Lakin son bəyanatlar onun ABŞ ilə müəyyən bir dialoqa açıq olduğunu göstərir.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
FİFA İranın müraciətini təsdiqlədi: Toplanış Meksikada olacaq
-
Azərbaycanda zəlzələ OLDU
-
Ağ Evin yaxınlığında atəş açan şəxs öldürülüb
-
Türkiyədə güclü zəlzələ olub
-
Bərdədə ağır QƏZA: Ölən var
-
Bu gün 56 mindən çox abituriyent imtahan VERƏCƏK
-
4 aya 36 kiloqram arıqladı - FOTO
-
Beşamel souslu qulançar və kök sote resepti
-
Erkan Petekkaya yeni serialda
-
Yumurtaların saxlanmasında ən çox edilən SƏHV
-
60 yaşdan sonra qadını NƏ QOCALDIR? - Bunlar yaşınızın üstə 10 il gətirir
-
Qarında şişkinliyi azaltmağın sadə yolları açıqlandı
-
40 yaşdan sonra hamıya lazım olan İÇKİ
-
Çia toxumunun faydaları
-
Bu ölkədə itlər də məktəbə gedir - FOTO
-
"Atalı-analı illərim..." - FOTO
-
Nuhun gəmisi ziyarətçilərə açılır: İçi heyvanlarla doludur
-
"Netflix" aktyoru ölü tapıldı - FOTO
-
Bakıda binanın pilləkəni çökdü - VİDEO
-
"Həmin əməliyyatdan sonra peşman oldum"
-
Günün qoroskopu: Alış-veriş edərkən ehtiyatlı olun
-
Elçin villasından VİDEO paylaşdı
-
ÜST-dən növbəti xəbərdarlıq
-
Bakı məktəbində şagirdin hərəkəti gündəm oldu





