Amerika

Tramp Hollivud ulduzlarını təltif etdi - FOTO

7 Dekabr 2025 11:59
Baxış: 715
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp bir sıra məşhura Kennedi Mərkəzinin medalını təqdim edib.

Tramp mərasim zamanı çıxış edərək, Silvester Stallonenin "Rocky" filmi üçün niyə ən uyğun seçim olduğu haqqında danışıb.

Milli.Az xəbər verir ki, Tramp bildirib ki, 1976-cı il Oskar mükafatlı filmin çəkilməsi üçün baş rolda Stalloneni yox, o dövrün məşhur ulduzlarından birini görmək istəyiblər. 

Prezident əlavə edib ki, bir məşhur aktyor Roki Balboa roluna əsas namizədlərdən biri sayılırdı, lakin studiya rəhbəri qısa müddətdə qərarını dəyişib:

"Gördülər ki, o, bu rolu oynaya bilməz - sinə nahiyəsində çox yağ vardı. Halbuki o obraz qayaya bənzər qədər möhkəm olmalı idi."

Stallone filmin ssenarisini yazıb və onu böyük məbləğə satmaq təklifləri alıb, lakin aktyor israrla filmdə baş rolu özü oynamaq istəyib.

Tramp Kiss" rok qrupunun bəzi üzvlərini, britaniyalı aktyor Maykl Krouford, kantri müğənni Corc Strait və müğənni Qloriya Qaynoru da təltif edib.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.