Amerika

Qarşılarına çıxan bütün müəllimləri "güllələyirlər" - 3D simulyator yaradıldı

27 Fevral 2023 20:51
Baxış: 8 933
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ ordusu "məktəb atıcıları"nın hücumu zamanı mümkün davranışları məşq etmək üçün 3D simulyator yaradıb.

Burada hücumçular qarşılarına çıxan bütün məktəbliləri və müəllimləri güllələyirlər.

Məlumata görə, proqram "Enhanced Dynamic Geo-Social Environment" (EDGE) adlanır. O, əvvəlcə yanğınsöndürmə və polis briqadalarına məktəblərə hücum zamanı mümkün hərəkətlər barədə təlim keçmək üçün yaradılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 2018-ci ildə tətbiqin hədəf auditoriyasının dəyişdirilməsi və ona müəllim rolunun daxil edilməsi qərara alınıb ki, tədris işçiləri də hücum zamanı nə edə biləcəklərini öyrənsinlər. Xüsusilə, oyunda müəllimlər müxtəlif vasitələrdən, məsələn, avtomatik qapı kilidləri və domofon sistemlərindən istifadə edə bilərlər.

Həmçinin, 3D oyuna çaxnaşma içində olan müəllimlər və öz təhlükəsizlikləri üçün hadisə yerindən qaçmağa çalışan şagirdlər, uşaqların qışqırığı və yüksək atəş səsləri daxildir.

Qeyd edək ki, 2022-ci ildə ABŞ-də 647 kütləvi atışma baş verib və nəticədə 44 mindən çox insan həlak olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.