Azərbaycanlı nazir 73 milyon dollar vəsaiti mənimsəməkdə şübhəli bilinir - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
13:17
Ukrayna Dövlət Fiskal Xidmətinin rəisi Roman Nəsirov 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinir.
APA-nın "rt.com" saytına istinadən verdiyi məlumata, onun vəkili bildirib ki, hazırda R.Nəsirov xəstəxanaların birinin reanimasiya şöbəsindədir.
Həkimlər R.Nəsirovun infarkt keçirdiyini bildiriblər.
Qeyd edək ki, R.Nəsirov Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb. Bir müddət əvvəl A.Onişenko barəsində "Külli miqdarda dövlət əmlakının talanması" maddəsi üzrə cinayət işi başlanılıb. İstintaqın materiallarına əsasən, 2013-cü ilin yanvarından 2016-cı ilin yanvarınadək "Ukrqazdobıça" şirkəti də daxil olmaqla, bir neçə müəssisənin rəsmiləri Onişenkonun köməyi ilə ölkə daxilində hasil olunan qazı aşağı qiymətlə satmaq yolu ilə dövlət vəsaitlərini mənimsəyiblər. Nəticədə dövlətə 120,5 mln. dollar ziyan dəyib.
Ali Rada A.Onişenkonun həbsinə razılıq versə də, qərar qəbul edilməzdən öncə deputat ölkədən qaçıb. A.Onişenko, həmçinin dövlətə xəyanətdə şübhəli bilinir.
----------
08:12
Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sədri, azərbaycanlı Roman Nəsirov Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Ukrainskaya Pravda" nəşri Ukrayna Milli Antikorrupsiya Bürosuna istinadən məlumat yayıb.
"Nəsirov "qaz işi" çərçivəsində aparılan axtarış zamanı saxlanılıb", - deyə Bürodan bildirilib. Bundan əvvəl DFX binasında axtarış aparılıb.
Məlumata görə, hazırda Nəsirov barəsində istintaq tədbirləri həyata keçirilir.
R.Nəsirovun vəkilləri onun huşsuz vəziyyətdə olduğunu əsas gətirərək, istintaq tədbirlərinin qanuna zidd aparıldığını iddia edirlər. Onlar R.Nəsirovun saxlanılması qərarından şikayət verəcəklərini bildiriblər.
Vəkil Denis Fetisovun sözlərinə görə, R.Nəsirov Ukrayna Cinayət Məcəlləsinin 364-cü maddəsi üzrə (vəzifədən sui-istifadə) şübhəli bilinir.
Məlumata görə, huşsuz vəziyyətdə olan Roman Nəsirov "Feofaniya" klinikasından xərəklə kardioloji korpusa aparılıb. Onun reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.
Həkimlər R.Nəsirovun infarkt keçirdiyini bildiriblər.
Qeyd edək ki, bir müddət əvvəl Ali Radanın deputatı Aleksandr Onişenko barəsində "külli miqdarda dövlət əmlakının talanması" maddəsi üzrə cinayət işi başlanılıb. İstintaqın materiallarına əsasən, 2013-cü ilin yanvarından 2016-cı ilin yanvarınadək "Ukrqazdobıça" şirkəti də daxil olmaqla, bir neçə müəssisənin rəsmiləri Onişenkonun köməyi ilə, ölkə daxilində hasil olunan qazı aşağı salınmış qiymətlərlə satmaq yolu ilə dövlət vəsaitlərini mənimsəyiblər. Qeyd olunan hərəkətlər nəticəsində dövlətə 120,5 mln. dollar ziyan dəydiyi qeyd olunur. Sonradan Rada Onişenkonun cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsinə razılıq verib, lakin qərar qəbul edilməzdən əvvəl Onişenko ölkəni tərk edib. Deputat həmçinin dövlətə xəyanətdə və Ukraynada vəziyyəti gərginləşdirməyə hazırlıq görməkdə şübhəli bilinir.
Barəsində axtarış elan edilən Aleksandr Onişenko Roman Nəsirovun saxlanılmasını şərh edib.
"Bu, Ukrayna Milli Antikorrupsiya Bürosunun (UMAB) indiyədək uğradığı və bundan sonra uğraya biləcəyi ən böyük uğursuzluqdur. İstintaq heç nə sübut edə bilməyəcək. Çünki Nəsirovla münasibətlərimizdə heç vaxt pul faktoru olmayıb. Bu səviyyədə bir şəxsin saxlanılması və həbs edilməsi UMAB-a və, ümumilikdə, hakimiyyətə böyük zərbədir", - deyə o bildirib.
Onun sözlərinə görə, "bir nəfəri gözdən salmaq cəhdi bütün antikorrupsiya sisteminin nüfuzdan düşməsi ilə nəticələnə bilər".
---------
07:55
Ukrayna Fiskal xidmətinin rəhbəri Roman Nəsirov infarkt keçirib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, martın 2-də Ukrayna Ali radanın deputatı Aleksandır Onişenkonun işi üzrə saxlanılan Roman Nəsirov infarkt keçirib və xəstəxanaya yerləşdirilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Final oyununu idarə edəcək hakim barədə şok fakt; Narkotik alveri, fahişəlik şəbəkəsi... - (Foto)
-
Türkiyədə güclü zəlzələ oldu
-
İrana qarşı 7-ci gecə hücumları başa çatdı
-
Meksikada 7,4 ballıq zəlzələ olub - Yenilənib
-
ABŞ İrana qarşı yeni zərbələrə başlayıb
-
Fedorovun vəzifədən göndərilməsinin səbəbi bəlli oldu
XƏBƏR LENTİ
-
Final oyununu idarə edəcək hakim barədə şok fakt; Narkotik alveri, fahişəlik şəbəkəsi... - (Foto)
-
Türkanın müzakirə yaradan paylaşımı: "Qal, yana-yana" - (Video)
-
Türkiyədə güclü zəlzələ oldu
-
Xırdalanda çoxmərtəbəli binada yanğın
-
İrana qarşı 7-ci gecə hücumları başa çatdı
-
Neftimiz bahalaşdı
-
"Adımdan yalan danışıb, camaatı üstümə qaldırmayın"
-
Bürcünüzə görə cüzdan rəngi: Bolluğu çağıran tonlar
-
Bəy gəlinə gül əvəzinə görün nə verdi – Tənqid olunan görüntü - (Video)
-
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir"
-
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
-
Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın
-
Xalq artistimizin arxiv fotoları yayıldı: Rafet El Romanla 2001-ci ildə... - (Foto)
-
Gəncədə ağır qəza - Yaralı var (Foto)
-
Meksikada 7,4 ballıq zəlzələ olub - Yenilənib
-
ABŞ İrana qarşı yeni zərbələrə başlayıb
-
FİFA kütləvi etirazlardan sonra qərar dəyişdirdi
-
"İstirahət burnumuzdan gəldi"
-
Beşiktaş Salahla razılaşdı - Müqavilənin təfərrüatı
-
"Ərinizin subay dostlarını evinizə buraxmayın"
-
Günün qoroskopu: Dürüstlük səni yüngülləşdirəcək
-
Bakıda yağış yağacaq, şimşək çaxacaq
-
Albalı tumlarını çıxarmağın ən praktik yolu
-
ABŞ-dən Azərbaycana qırıcı təyyarə satışına dair çağırış





