Dünya

Çox təhlükəli olay: Rusiya ABŞ-ı aşağıladı - VİDEO - FOTO

14 Aprel 2016 09:56
8 Şərh     Baxış: 7 780
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın iki Su-24 qırıcı-bombardmançı təyyarəsi ABŞ Hərbi-Dəniz Qüvvələrinin Baltik dənizindəki "USS Donald Cook" esminesinin üzərindən uçub. Daha sonra Rusiyanın hərbi helikopteri də amerikalıların başı üzərindən "aşağılayıcı" uçuşu gerçəkləşdirib.

ABŞ bunu aşkar təxribat və meydan oxuma kimi dəyərləndirib.

Milli.Az bildirir ki, ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı (EUCOM) qırıcıların hərbi gəmi üzərindən uçuşlarının əks olunduğu videonu yayıb.

İnsidentlə bağlı olaraq Vaşinqton diplomatik kanallarla Moskvaya müraciət edərək hiddətini bildirib. ABŞ HDQ-nin komandanlığı da olayı araşdırır.

"Aşkar münaqişə və toqquşmanın qarşısını almaq üçün ABŞ aviasiyasının hadisə rayonunda uçuşları Su-24 təyyarələri oranı tərk edənədək dayandırılıb", - EUCOM-un açıqlamasında deyilir.

Pentaqon bildirir ki, Rusiyanın 2 Su-24 təyyarəsinin pilotlarının davranışı "beynəlxalq sularda hərbçilərin peşəkar davranış normalarına kökündən ziddir".

Rusiya isə bəyan edib ki, onun təyyarələrində raket və bombalar olmayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Çox təhlükəli olay: Rusiya ABŞ-ı aşağıladı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.