Ziyalılarımızın dəfn olunduğu məzarlıq yerlə bir oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tarixən soydaşlarımızın da məskunlaşdığı Tiflis ərazisində insanların gorxana adlandırdığı bir neçə Azərbaycan qəbristanlıqları mövcud olub. Onlardan biri Narınqala yaxınlığındakı "Tatar qəbristanlığı" adlandırılan məzarlıqdı ki, orada Tiflisdə yaşayan azərbaycanlılar, eləcə də görkəmli ziyalılarımız dəfn olunmuşdu.Tiflisdə ziyalılarımızn dəfn olunduqları qəbristanlıqlardan indi heç biri mövcud deyil
"O dövrdə bizim soydaşlarımız, Azərbaycanın müxtəlif yerlərindən olan ziyalılar o zamanlar üçün Qafqazın şərti paytaxtı hesab edilən Tiflisə üz tuturdular, burada yaşayıb-yaradırdılar. Və beləcə burada Azərbaycan ziyalıları cəmləşmişdilər. 17-ci əsrdə həmin o qəbristanlığın yerində gürcü çarlarının sarayı yerləşib. Ağa Məhəmməd şah Qacarın hücumu zamanı həmin yer dağıdıldıqdan sonra saraydan əsər-əlamət qalmayıb və burada qəbristanlıq əmələ gəlib", - deyə tərcüməçi-yazar Mirzə Məmmədoğlu bildirib.
Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, 1947-ci ilədək var olan həmin qəbristanlıqda Əliqulu Qəmküsar, Rzaqulu Nəcəfov, Eynəli bəy Sultanov, Məhəmmədhəsən Hacınski kimi onlarla azərbaycanlı ictimai-siyasi xadim dəfn olunub. Lakin ömrünün böyük hissəsini Tiflisdə yaşayıb fəaliyyət göstərən M.Ş.Vazeh və M.F.Axundzadənin məzarları bu qəbirlər arasında olmayıb. Səbəbi isə mənim üçün çox maraqlı oldu. Bu yerdən cəmi bir neçə 100 m məsafədə indi mövcud olmayan "Tatar qəbristanlığı" yerləşirmiş. O zamankı din xadimləri M.Ş.Vazehi dinsiz kimi qəbul etdiklərinə görə onun həmin qəbristanlıqda dəfn olunmasına icazə verməyiblər. Beləcə, ədibin məzarı bu cür aralı düşüb.
Həmin tatar qəbristanlığının yerində isə hazırda nəbatat bağı salınıb. M.Ş.Vazeh və onun etibarlı tələbələrindən olan M.F.Axundzadə isə öz vəsiyyətləriylə Tiflisin botanika bağının ərazisində "Yemlikli yerbatan" adlanan bu yerdə dəfn olunublar. Axundzadənin gənc yaşlarında dünyasını dəyişən övladları və həyat yoldaşının da məzarlarıı burada yerləşir.
Yerbatanda həm də Azərbaycan Demokratik Respublikası hökumətinin başçısı, Cümhuriyyətin ilk daxili işlər naziri olmuş F.Xoyskinin və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədr müavini Həsən bəy Ağayevin abidələrini görmək olur. 1920-ci ildə dünyalarını dəyişən bu iki ictimai-siyasi xadim "Tatar qəbristanlığı"nda torpağa tapşırılsa da 1999-cu ildə onların burada şərti qəbirləri salınıb.
Tiflisdə ziyalılarımızn dəfn olunduqları qəbristanlıqlardan indi heç birini görmək mümkün deyil. Təkcə Yemlikli yerbatandan savayı. Məhz buna görə bəlkə də sevinməliyik ki, M.Ş.Vazehin nəşini "Tatar qəbristanlığı"na buraxmayıblar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb, 112 polis yaralanıb
-
“Ginnesin Rekordlar Kitabı”na düşən avtomobil hərraca çıxarıldı
-
Fransanın hava məkanında 4 təyyarə ilə bağlı bomba həyəcanı
-
Yaponiyada güclü zəlzələ oldu
-
"Fənərbağça-Liverpul" matçında geyindiyi corabları 10 min dollara satdı
-
Nihat Kahveci "od püskürdü": "Səni boğaram"
XƏBƏR LENTİ
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Dövlət qərarlarının ikinci imzası: ictimai etimad
-
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Soltanlı və Cahangirbəyli kəndlərinin sakinləri ilə səmimi söhbəti - (Foto)
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
-
Əlövsət Polad vəfat etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Duranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - (Video)
-
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
-
Suraxanıda söküntü qalmaqalı: Sahibkarların tələbi nədir?
-
Sergen Yalçın Türkiyə millisinin heyətini açıqladı - Kerem dəvət edilmədi
-
"Qarabağ"dan Yankoviç və Silva açıqlaması
-
Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi (TAM ÇIXIŞ)
-
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər
-
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
-
ADNSU-nun kollecində yeni şöbə müdiri 10-dan çox işçini işdən çıxarıb – İDDİA - Yenilənib
-
Azərbaycan daha bir Konvensiyaya qoşulur
-
Zəfər Gününə həsr olunmuş “Zəfərimizin sədası” adlı sosial-mədəni tədbir keçirilib - (Foto)
-
Ər-arvadın qətlində şübhəli bilinən şəxsin işi məhkəməyə göndərildi
-
Tanınmış rəqqasə Təranə Muradovanın nəvəsinin Azerbaijan Dance Festival-da parlaq debütü - (Video/Foto)
-
Daha iki azərbaycanlı Gürcüstandan ölkəyə ekstradisiya edildi





