Dünya

ABŞ Kobanidəki kürd döyüşçülərə silah çatdırdı

20 Oktyabr 2014 09:11
0 Şərh     Baxış: 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ hərbi təyyarəsi Suriya-Türkiyə sərhədində yerləşən və İŞİD yaraqlıları tərəfindən mühasirə altında saxlanılan Kobani şəhərindəki kürd döyüşçülərinə silah, döyüş sursatı və dərman endirib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Röyter agentliyi məlumat verir.

ABŞ komandanlığı bəyan edib ki, son günlər ABŞ tərəfindən Kobani şəhərinin yaxınlığındakı yaraqlıların mövqelərinə endirilən 135 zərbə nəticəsində onların irəliləməsini ləngidilib və yüzlərlə döyüşçüləri məhv edilib.

Sentyabrda ABŞ HHQ beş ərəb ölkələrinin dəstəyi ilə Suriyadakı İD mövqelərinə ilk zərbələr vurub. Bu reydlərdə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn və Qətərin Hərbi Hava Qüvvələri iştirak ediblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.