Dünya

Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı azad edilib

20 Mart 2014 13:53
0 Şərh     Baxış: 449
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ukrayna Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı Sergey Qayduk və bir qədər əvvəl Krımda tutulmuş fəallar azad ediliblər.

Onlar martın 20-də səhər Krımla qonşu olan Xerson vilayətinin Çonqar qəsəbəsində sərbəst buraxılıblar.
 
Ümumilikdə 7 nəfər azad edilib, onların arasında "Avtomaydan" fəalı, Ukraynanın sabiq müdafiə naziri, siyasətçi Anatoli Qritsenkonun oğlu Aleksey Qritsenko da var.
 
"Azadlıq" Radiosunun məlumatına görə, azad edilənlər kiminləsə dəyişdiriliblər. Lakin onların kiminlə dəyişdirildiyi dəqiqləşməyib.
 
Ukrayna HDQ komandanı S. Qayduk martın 19-da hərbi-dəniz qüvvələrinin Sevastopoldakı qərargahında yerli özünümüdafiə dəstələri tərəfindən girov götürülüb.
 
Sevastopol prokurorluğundan S. Qaydukun müvəqqəti saxlandığı, ona suallar verildiyi açıqlanıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.