İdman

Renat Dadaşovun əsas heyətə yolu açıldı

3 İyun 2017 17:12
1 Şərh     Baxış: 967
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun Almaniyanın "Ayntraxt" klubunun əsas heyətinə yolu açılıb.

Milli.Az sportnet.az-aistinadən xəbər verir ki, bu, hücumçu Haris Seferoviçin Portuqaliya "Benfika"sına keçməsindən sonra gerçəkləşə bilər.

İsveçrə yığmasının oyunçusu ilə 5 illik müqavilə bağlanılıb. "Ayntraxt"la müqaviləsi bitdiyi üçün 25 yaşlı forvard "Benfika"ya azad agent kimi cəlb olunub. 

Qeyd edək ki, Haris Seferoviç Almaniya klubunda 96 oyuna 16 qol vurub və 13 məhsuldar ötürmə verib. O, İsveçrə yığmasında 39 görüşdə 8 dəfə fərqlənib. Renat Dadaşov isə mayın 18-də "Antraxt"la 3 illik rəsmi müqavilə bağlayıb. Bunadək azərbaycanlı hücumçu Frankfurt təmsilçisinin 19 yaşadək futbolçulardan ibarət komandasında çıxış edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.