İdman

"Belə davam etməz"

23 Noyabr 2015 11:48
4 Şərh     Baxış: 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Premyer Liqasında 13-cü turunda "Xəzər Lənkəran" doğma meydanında "Neftçi"yə 0:2 hesabı ilə məğlub olub. 

Milli.Az goal.az-a istinadənxəbər verir ki, oyundan sonra "Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev jurnalistlərə müsahibə verib.

- Oyun haqda fikirləriniz...

- Bilirdik ki, bu matç bizim üçün çətin və vacib oyundu. 8 il idi ki, doğma meydanımızda "Neftçi"yə uduzmurduq. İstəyirdik ki, layiqli oyun nümayiş etdirib qələbə qazanaq. Çox təəssüf, alınmadı.

- İkinci hissədə "Xəzər Lənkəran" çox zəif oynadı. Bunun səbəbi nə idi?

- Nə deyə bilərəm... Öz oyunumuza baxıb araşdıracağıq. Səhvlərimizin üzərində işləyəcəyik. Belə davam etmək olmaz. Hər oyun meydana çıxırıq və uduzurq. Azarkeşlərimiz bizi gəlib dəstəkləyirlər. Azarkeşlərimizin qarşısında məğlub olmaq istəmirik. "Xəzər Lənkəran"a belə nəticələr yaraşmır. Belə dəstəklə yaxşı nəticələr əldə etməliyik. Yanvar ayına qədər gözləməliyik.

- Komandanı çiynində aparmaqdan yorulmamısan?

- Komandamızda olan futbolçular gənc oyunçulardı. Hər oyun məğlubiyyət, məğlubiyyət.... Bunu dərk etmək çox çətindi. Bu nəticələr də futbolçulara pis təsir edir.

- Yanvardan sonra komandada işlər qaydasına düşəcək?

- Bilmirəm. Rəhbərlik söz verib. Onlardan soruşsanız, daha yaxşı olar. Biz də ümid edirik ki, hər şey yaxşı olacaq. Belə davam etməz.

- Yanvardan sonra komanda da dəyişiklik olmasa, "Xəzər Lənkəran"dan getmək fikrin var?

- Açığı, mövsümün sonuna kimi müqaviləm var. Belə davam etməməlidi. Dəyişikliklər olmalıdı. Axı, azarkeşlər gəlib bizi dəstəkləyirlər. Biz də bunun qarşılığını verməliyik.

- Yəni, Rahid Əmirquliyev komandadan gedə bilər?

- Bu, futboldu. Futbolda hər şey ola bilər. Yenə bildirirəm ki, mövsümün sonuna kimi müqaviləm var. Belə davam edərsə, ayrıla bilərəm.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.