Xocavəndə yola salınan növbəti köç karvanı rayon mərkəzinə çatıb, sakinlərə açarlar təqdim edilib.
Milli.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə şəhərə 33 ailə (142 nəfər) köçürülüb.
Onlar həm çoxmənzilli binalara, həm də yenidən bərpa edilən evlərinə yerləşiblər.
Açarların təqdim edilməsindən sonra ANAMA əməkdaşları sakinlərə mina təhlükəsizliyi qaydaları haqqında məlumat veriblər.
Milli.Az
______________
11:30
Böyük Qayıdış prosesi çərçivəsində Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb.
Milli.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 33 ailə (142 nəfər) köçürülür.
Qeyd edək ki, bu köç də daxil olmaqla, Xocavəndə ümumilikdə 234 ailənin (904 nəfər) daimi qayıdışı təmin edilib.
Milli.Az





