Erməniyə qalib gələn boksçumuz 1/4 finalda - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
19:20
"Baku Crystal Hall" da keçirilən boks yarışlarının beşinci günü davam edir.
Günün ikinci yarısında rinqə 52, 60, 69 və 91+ kiloqram çəki dərəcələrində kişi boksçular çıxacaqlar. Axşam saatlarında ümumilikdə 16 görüş keçiriləcək.
Bu gün Azərbaycanın iki idmançısı dörddəbir final mərhələsinə vəsiqə qazanıb.
17:00
Boks yarışlarının beşinci gününün ilk yarısının görüşləri başa çatıb.
Səhər seansına qadın boksçuların 51-54 və 60-64 kiloqram çəki dərəcələrində səkkizdəbir final qarşılaşmaları ilə start verilib. Bu mərhələdə Rusiya, İtaliya (2), Almaniya, Polşa və Böyük Britaniya idmançıları qələbəyə sevinən tərəf olublar.
Kişi boksçuların yarışı böyük marağa səbəb olub. Belə ki, Azərbaycanın 52 və 60 kiloqram çəki dərəcələrində rinqə çıxan hər iki idmançısı - Elvin Məmişzadə və Albert Səlimov görüşlərini qələbə ilə başa vuraraq növbəti mərhələyə yüksəliblər. Boksçularımız müvafiq olaraq irlandiyalı Mayles Kasey və Gürcüstanı təmsil edən Otar Eranosyanı məğlub ediblər (3:0). Bu çəki dərəcələrində digər görüşlər Bolqarıstan-İspaniya, Almaniya-Ukrayna, Gürcüstan-Rusiya, Bolqarıstan-Ermənistan, Slovakiya-Türkiyə və İrlandiya-İtaliya idmançıları arasında keçirilib. Qarşılaşmaların nəticələrinə əsasən 52 kiloqramda Bolqarıstan, Almaniya və Rusiya, 60 kiloqram çəki dərəcəsində isə Bolqarıstan, Türkiyə və İrlandiya idmançıları "Bakı-2015"-də çıxışlarını davam etdirmək hüququ qazanıblar.
15:56
Azərbaycanın digər boksçusu da döyüşünü qələbə ilə başa vurub. Albert Səlimov (60 kq) gürcüstanlı rəqibi Otar Eranosyanı 3:0 hesabı ilə məğlub edərək adını dörddəbir finala yazıb.
---------
15:40
Milli.Az xəbər verir ki, 60 kq çəki sərəcəsində Albert Səlimov 1/8 finalda erməni əsilli Gürcüstan təmsilçisi Otar Eranosyanla qarşılaşıb. İdmançımız rəqibinə 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.
----------
14:49
Milli.Az xəbər verir ki, 52 kq çəkidə döyüşən Elvin Məmişzadə 1/8 finalda Mayls Kesə qalib gələrək 1/4 finala çıxıb.
------------
10:26
Milli.Az Bakı-2015-in rəsmi saytına istinadən bildirir ki, Avropa Oyunlarının 9-cu günündə Bakı Kristal Zalında qadınlar və kişilər arasında boks yarışları başlanıb.
Qadınlar arasında yarım-yüngül çəkidə (51 - 54 kq) təmsilçimiz Anna Əlimərdanova 1/8-də rəqibi iştirak etmədiyindən o, yarışa birbaşa 1/4 final mərhələsindən başlayacaq. 23 iyun saat 12:45-də keçiriləcək döyüşdə onun rəqibi Bolqarıstandan Stanimira Petrova olacaq.
Qadınlar arasında birinci yarım-orta çəkidə (60 - 64 kq) Yelena Vıstropovanın 1/8-də rəqibi iştirak etmədiyindən boksçumuz yarışa birbaşa 1/4 final mərhələsindən başlayacaq. Rəqib və vaxt dəqiqləşdiriləcək.
Kişilər arasında yüngülvari çəkidə (52 kq) Elvin Məmişzadə 1/8 finalda İrlandiya təmsilçisi Maylz Keysi ilə qarşılaşacaq. Görüş 14:15-də başlanacaq.
15:15-də kişilər arasında yüngül çəkidə (60 kq) Albert Səlimov 1/8 finalda erməni əsilli Gürcüstan təmsilçisi Otar Eranosyanla döyüşəcək.
Kişilər arasında yarım-orta çəkidə (69 kq) Pərviz Bağırov 1/8 finalda Moldovadan Vasili Belousla iyunun 21-i 14:15-də rinqə çıxacaq.
91 kq-da Məhəmmədrəsul Məcidov 1/8 final mərhələsində Gürcüstan təmsilçisi Mixeil Baxtidze xal hesabı ilə 3-0 məğlub edib. O, 1/4 finalda döyüşəcək. Rəqibi və döyüşün vaxtı müəyyənləşəcək.
İdmançılarımıza uğurlar arzulayırıq!
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Fənərbağça"nın baş məşqçilik üçün namizədi müəyyənləşib
-
"Fənərbağça"da yeni baş məşqçi postuna iki iddialı ad gündəmdə
-
Sadettin Saran “Fənərbağça” ilə vidalaşdı
-
NBA mövsümün ən yaxşı gənc oyunçusunu açıqladı
-
"Turan Tovuz" çempion oldu - Klub prezidentinin sevinci DİQQƏT ÇƏKDİ - VİDEO
-
Futbolda sarı kart ləğv EDİLİR?
XƏBƏR LENTİ
-
Əvəlik nədir, necə bişirilir?
-
"Şərhləri oxuyanda təzyiqim qalxır, "panik-atak" oluram"
-
Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil...
-
Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir
-
Saçlarınız üçün ən yaxşı qulluq üsulları AÇIQLANDI
-
Bu əlamətlər bağırsaq probleminin göstəricisidir
-
Məşhur müğənni var-yoxunu satıb kəndinə yatırım etdi: 500 nəfərlik iş yeri - FOTO
-
“Bakı, Sumqayıt və Abşeron üçün yeni seysmik xəritələr hazırlanır” - VİDEO
-
Yük maşını sürücülərinin NƏZƏRİNƏ: Rusiyada yeni qərar
-
Pizza qutularındakı kiçik masanın sirri: Nəyə xidmət edir?
-
Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş
-
"Buna görə 20 kiloqram arıqladım"
-
Bakıda binada yanğın - ölən var - VİDEO
-
Günün qoroskopu: bu gün çox güclü intuisiya hiss edirsiniz
-
“Günlərlə məktəbə ac gedirdim”
-
"Fənərbağça"nın baş məşqçilik üçün namizədi müəyyənləşib
-
V kurs tələbəsi vəfat etdi
-
Sumqayıtda xəstəxana boşaldılır - FOTO
-
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
-
Ət qovurarkən yumşaq olması üçün nə etməli?
-
Bakının iki rayonunda qaz olmayacaq - YENİLƏNİB
-
"Siz hamınız şou-biznes adamısınız" - Vasif Məhərrəmlidən cavab
-
Azərbaycanda birinci sinfə qəbulla bağlı yenilik edilib
-
MSK-nın yeni üzvü Elçin Xələfov kimidr? - DOSYE





