MSK-nın yeni üzvü Elçin Xələfov kimidr? - DOSYE
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Milli Məclisin aprelin 27-də keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının yeni tərkibi formalaşıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeni seçilən üzvlərdən biri də Xələfov Elçin Abuzər oğludur.
O, Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan deputatların (bitərəflərin) namizədi kimi çıxış edib.
Elçin Xələfovun dosyesini təqdim edirik:
Elçin Xələfov 1972-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra kommersiya bankında hüquqşünas, aparıcı hüquqşünas işləyib.
1994-1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun əyani aspiranturasında təhsil alıb və "Azərbaycan Respublikasında bank fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Fəlsəfə doktoru, dosentdir.
1997-2012-ci illərdə Bakı Dövlət Universitetinin Mülki proses, əmək və ekologiya hüququ, Mülki hüquq kafedralarında müəllim, baş müəllim, dosent vəzifələrində işləyib. 2012-ci ildən BDU-nun Mülki proses və kommersiya hüququ kafedrasında çalışır.
2003-2004-cü illərdə Ədliyyə Nazirliyi yanında Hüquq-Tədris Mərkəzinin Mülki hüquq və mülki proses kafedrasında baş müəllim, 2004-2005-ci illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsində baş məsləhətçi, 2005-2013-cü illərdə Məhkəmə-Hüquq Şurasının Aparatında böyük məsləhətçi vəzifələrində çalışıb. 2013-cü ilin fevral ayından indiyədək Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektorudur. 70-dən çox elmi məqalənin və əsərin müəllifidir.
Ailəlidir, üç övladı var.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
-
Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
-
Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?
-
DanceAbility Azerbaijan “Sərhədsiz uçuş” inklüziv multidissiplinar sərgisini təqdim edir - (Foto)
-
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq
-
“Yaddaşdan ötə” sərgisində Faiq Əhməd və Fərid Rəsulovun xalça kolleksiyaları təqdim olunur - (Foto)
XƏBƏR LENTİ
-
Rəşad İlyasov Firuzə İbadovanın evinə gedib, onunla mahnı oxudu - (Video)
-
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
-
Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
-
Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?
-
DanceAbility Azerbaijan “Sərhədsiz uçuş” inklüziv multidissiplinar sərgisini təqdim edir - (Foto)
-
Fazil Əliyev vəfat etdi
-
Zelenski Türkiyədə səfərdədir
-
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq
-
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu açıqlaması
-
Türkiyədə zəlzələ oldu
-
“Yaddaşdan ötə” sərgisində Faiq Əhməd və Fərid Rəsulovun xalça kolleksiyaları təqdim olunur - (Foto)
-
Gəncədə 18 minlik qızıl oğurlayan şəxs saxlanıldı
-
İki güləşçimiz dünya çempionatının yarımfinalında
-
Azərbaycanda 1800 vətəndaş orqanlarını bağışladı
-
Türkiyə ordusu şəhid verdi
-
Bərdədə yeniyetmə ağır qəza törətdi
-
Bakıdan Moskvaya gəmi ilə kruiz turu başlayacaq
-
Bakıya uçan təyyarə havaya qalxa bilmədi
-
Bakıdan Tbilisiyə daha ucuz qiymətə gedə biləcəksiniz
-
"Nobel" arzusu xanımına nəsib ola bilər
-
Tramp kameraların önündə jurnalisti təhqir etdi
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Paşinyan yeni pasport üçün şəkil çəkdirdi
-
Məşhur aktyor metroda gecələdi - (Foto)





