- Ağəli bəy, bu döyüşə necə hazırlaşmışdınız?
- Bu döyüş beynəlxalq reytinq döyüşü idi. Rəqibim əslən erməni olan Gürcüstan vətəndaşı Ruben Movsesyan idi. Həmişə olduğu kimi bu dəfə də döyüşə ciddi şəkildə hazırlaşmışdım. Bundan əlavə, minlərlə gəncin dəstəyi mənə inam verirdi. Rəqibim təcrübəli boksçu idi. Dəfələrlə beynəlxalq yarışmaların qalibi olub və iki dəfə Gürcüstan çempionu adını qazanıb. Yarışlarının çoxunu Avropada çox təcrübəli boksçulara qarşı keçirib. Ancaq buna baxmayaraq, mən də yarışa çox gözəl hazırlaşmışdım və qalib gələcəyimə heç şübhəm yox idi. Bir də ki, bu qədər gəncin dəstəyi ilə necə uduzmaq olar e... (gülür). Bu dəstək mənə çox güc verdi. Döyüş 6 raunddan ibarət idi, bütün raundları döyüşdük, hər raundda üstünlük məndə idi, hətta iki dəfə rəqibim nokauta düşdü.
- Erməni boksçu üzərində qələbəni şərh etməyi rica edərdim sizdən.
- Mən həmişə rinqə qalib gəlmək üçün çıxıram, yəni milliyyətindən asılı olmayaraq rinqdə çalışmaq lazımdır ki, maksimum şəkildə qalib gələsən. Ancaq bu döyüşdə rəqibim erməni olduğu üçün öz üzərimdə çox böyük məsulliyət hiss edirdim. Çünki bunlar üzbəüz heç bir zaman döyüşmürlər. Burada isə mənimlə açıq döyüşdə idi. Yüzlərlə gəncimizin mənə olan inamını doğrultmaq, onların mənə olan inamını sındırmamaq lazım idi və hər şeydən öncə vətənimin adını ucaltmaq, millətimizə layiqli oğul kimi ayaq üstə qalmaq və irəli getmək lazım idi. Allahın bu gününə şükürlər olsun ki, bu döyüşdə qalib gəldim və vətənimizin adını yüksəltmək mənə qismət oldu. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.
- Növbəti döyüşünüz nə vaxt olacaq? Rəqibiniz kim olacaq? Tanışdırmı rəqib?
- Növbəti döyüşüm, inşallah, əgər hər şey yaxşı olsa, yəni zədə almasam və məşq proseslərim yaxşı keçsə, bu ilin iyul ayında planlaşdırılır. Rəqibimin kim olduğundan hələlik xəbərim yoxdur. Yəgin ki, bu dəfə də hansısa bir güclü boksçu ilə vuruşaram, çünki mən çempion olmaq üçün asan yol axtarmıram.
- Siz Ukraynada məşq edirsiz, yoxsa yarışa görə ora getmisiz?
- Bəli, mən Ukraynada məşq edirəm və bütün məşq proseslərim hamısı Ukraynada keçir.
- Ağəli bəy, bir peşəkar idmançı kimi cavabınız maraqlıdır. Erməni üzərində qələbə digər idmançılar üzərindəki qələbədən nə ilə fərqlənir?
- Bunu anlatmaq çox çətindir, gərək yaşayasan. Həm də bu, erməni üzərində mənim 3-cü qələbəmdir.
- Erməni idmançı sizinlə döyüş zamanı gözlərinizdə nə görürdü?
- Xalqın gücünü, mənə olan inamlarını doğruldacağımı!
- Ağəli bəy, erməni idmançıya rinqdə qalib gəldiz, səngərdə necə, belə zəfərə hazırsız?
- Hər zaman demişəm, indi də deyirəm: bir canım varsa, o da Azərbaycana fəda olsun! Ali baş komandanın əmrini gözləyirəm. Yaşasın Azərbaycan! Yaşasın millətimiz. Yeri gəlmişkən, deyim ki, vətənin mərd oğullarının dəstəyi ilə mən bu nailiyyətləri qazanıram. Mənə maddi və mənəvi dəstək olan bütün insanlara öz böyük minnətdarlığımı bildirirəm. Çalışacam ki, əlimdən gələn qədər güclü məşqlər edim ki, mənə olan inamlarınızı doğruldum və üçrəngli bayrağımızı bütün idman arenalarında və idmandan kənarda yüksək tutum.
- Gənc boksçularımıza nə məsləhət görərdiz?
- Gənc
boksçularımıza məsləhətim budur ki, əgər bu idmanı seçmisinizsə, bu yolda
getmək istəyirsinizsə, çempion olmaq və böyük uğurlar qazanmaq
istəyirsinizsə, tutduğunuz işi sevin. O zaman hər şey gözel olacaq!
Tuncay Türbəndəzadə
Milli.Az
İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ermənini diz çökdürən azərbaycanlı Milli.Az-a danışdı - FOTO
23 Aprel 2013 14:34
0 Şərh
Baxış: 1 974

DİGƏR XƏBƏRLƏR
-
Edin Ceko bu klubda oynayacaq
-
Ter Ştegendən "Qalatasaray"ın təklifinə CAVAB
-
20 qat dünya çempionu faciəvi şəkildə öldü - FOTO
-
PSJ "Atletiko"nu darmadağın etdi
-
Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kuboku başa çatıb (FOTO)
-
Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunda medallar qazanıblar
XƏBƏR LENTİ
-
Bakıda daha bir uşaq faciəvi şəkildə öldü
-
Marsda “gizlənmiş” vulkan aşkar edildi
-
"Bitcoin" milyarderi ailə sərvətini oğrulardan qorumaq üçün inanılmaz tədbirlər görüb
-
Azərbaycanda məktəb direktoru vəfat etdi - FOTO
-
Gəncədə partlayış - qadın yandı
-
Ağıllı təkərlər yol vəziyyəti barədə məlumat verəcək
-
948 abonentin qazı kəsiləcək - RƏSMİ
-
Bakıdan Tehran və Təl-Əvivə uçuşlar iyunun sonunadək dayandırıldı
-
Ərdoğandan Məsud Pezeskian mühüm təklif
-
Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir? – QİYMƏTLƏR
-
AZAL 4 reysi ləğv etdi
-
İsrail tərəfinin itkiləri bəlli oldu
-
Elgin Həbibullayev: Azərbaycan dünyada subyekt kimi çıxış edə bilən çox az dövlətlərdəndir
-
"Huawei"dən bir ilk - Avtomobil istehsal edəcək - FOTO
-
Məşhur türkiyəli aktyor ciddi zədə aldı
-
Öldü deyilən Xameneinin müşaviri sağdır? - FOTO
-
Tramp Zelenski ilə görüşəcək
-
Yenə "Mərcan" klinikası - Plastik əməliyyatda ölən pasientin yaxınları şikayətçidir
-
SEPAH: Əməliyyatlar bu vaxtadək davam edəcək
-
Efirdə DAVA düşdü: müğənni həmkarının üstünə "hücum çəkdi" - VİDEO
-
"İrandan Azərbaycan vətəndaşları təxliyə olunub, səfirlik və konsulluğumuz isə..."
-
Edin Ceko bu klubda oynayacaq
-
Ənvər Abbasovun ölüm xəbəri yayıldı
-
Sabah hava necə olacaq?