Cəmiyyət

Günün qoroskopu: insanlarla rahat dil tapacaqsınız

12 Yanvar 2017 00:01
116 Şərh     Baxış: 14 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - həyata və işə yaradıcı yanaşın. Enerjinizin artdığını hiss etsəniz, gündəlik işlərin əsasını günün ilk yarısında görün. Yaxın ətrafınızdakı insanlarla birgə fəaliyyət hadisələrin axarını müəyyənləşdirəcək.

Buğa - alış-verişdə gərəksiz əşyalar almayın. Əyləncə və hobbi üçün istədiyiniz nə varsa, ala bilərsiniz. Gün sizin üçün çoxlu imkanlar yaradır. Enerjiniz artır, məqsəd, hədəf və planları reallaşdırmağın yolları konkretləşir.

Əkizlər - emosiyaların öhdəsindən gələrək tələsməsəniz, nəticə yaxşı olacaq. Sonradan işinizi asanlaşdıracaq, qaydaya salacaq nəsnələrə pul xərcləmək olar.

Xərçəng - yeni ideyaların yaranması, yeni təkliflərin alınması istisna deyil. Gərəkli informasiya axtarışı ilə məşğul olun, faydalı ola biləcək insanlarla əlaqələri bərpa edin. Xarici görünüşüzün qayğısına qalın. Aktiv ünsiyyət yeni perspektivlərin rəhni ola bilər.

Şir - şəxsi münasibətlərdə qətiyyətli olun. Bununla belə, yaxınlarınız və dəyər verdiyiniz insanların qayğısına qalın. Axşam saatlarında aktiv istirahəti seçin. Səhhət üçün faydalı işi xoş ünsiyyətlə müşayiət edin.

Qız - yaradıcılıq, münasibətlər, həmfkirlər və ya ailə üzvləri ilə ünsiyyət üçün yaxşı gündür. Günü hərəkətdə, informasiya axtarışında keçirin.

Tərəzi - bu gün ətrafınızdakı insanlarla rahat dil tapacaqsınız. Lakin həmsöhbətin emosional durumunun incəlikləri və vəziyyətinə daha çox diqqət yetirin. Əlavə tapşırıqlar və bezdirici nəsihətlər almamaq üçün çalışın, fəal işləyin.

Əqrəb - sənədlərlə iş, müxtəlif dövlət qurumlarında olmaq, hüquqi məsələlərin həlli üçün uğurlu gündür. Axşam saatları maliyyə məsələlərinin müzakirəsi, maddi durumun yaxşılaşdırılması yollarına baxış üçün əlverişlidir.

Oxatan - həyat bu gün sizə münasibətlərin sxemini köklü şəkildə dəyişmək imkanı verir. Maraqlı məlumat gəlir əldə etməyinizə şərait yaradır.

Oğlaq - bu gün istənilən sahədə aktivlik nümayiş etdirə bilərsiniz. Ətrafınızda cərəyan edən hadisələrə diqqətlə baxın. Şərik, həmfikir və ya iş yoldaşı ilə ideya mübadiləsi, ümumi perspektivlərin müzakirəsi günün prioritetləri arasındadır.

Dolça - romantik hisslər yarana bilər. Ailə üzvləri və yaxınlarınızla ünsiyyətdə olun, onları dinləyin.

Balıqlar - işdə və şəxsi münasibətlərdə əlaqələrin genişləndirilməsinə çalışın. Emosional olun, soyuqqanlı və laqeyid davranmayın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.