Cəmiyyət

Toyuna 7 gün qalmış dağdan yıxılaraq öldü

13 Avqust 2016 20:47
17 Şərh     Baxış: 4 266
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oğuz rayonunda bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Filfilli kənd sakini, 1988-ci il təvəllüdlü Sərxan Sərdar oğlu Seyidəliyevin meyiti bu gün günün ikinci yarısında Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Oğuz rayonunun Filfilli kəndi ərazisində, yüksək dağlıq ərazidən tapılıb. İki gün əvvəl dostu ilə dağlıq əraziyə ov etmək üçün getdiyi güman edilən 28 yaşlı Sərxan Seyidəliyev yüksək qayalıqdan yıxılaraq aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.
 
Məlumata görə, Sərxan Seyidəliyevin avqustun 20-də toyu olacaqmış.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.