"Qalatasaray" və "Yuventus" matçından sonra stadiondan çıxan Kənan Yıldız bu dəfə futbolu ilə deyil, telefonundakı detalla gündəmə gəlib. Gənc ulduzun azarkeşlərlə ünsiyyəti və stadiondan ayrılması zamanı telefonunun ekranı kameralara tuş gəlib.
Milli.Az xəbər verir ki, Kənan Yıldızın telefonunun divar kağızında (ekran şəklində) Kəbə fotosu və Qurani-Kərimin Bəqərə surəsindən bir ayənin yazıldığı da diqqətdən yayınmayıb.
Qısa müddətdə sosial mediada yayılan bu görüntülər futbolsevərlər arasında geniş əks-sada doğurub. Bir çox istifadəçi gənc futbolçunun bu hərəkətini təqdir edərək ona "Halal olsun" şərhləri yazıblar.
Lalə Qüdrətova
Milli.Az





