Tavada ağzı bağlı, yumşaq pizza resepti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu reseptin ən böyük üstünlüyü xəmirin maya gözləmədən hazırlanması, az inqrediyent tələb etməsi və tavanın qapağı sayəsində yaranan buxarla pizzanın üst hissəsinin də mükəmməl bişməsidir.
Milli.Az lazım olan inqrediyentləri təqdim edir:
Xəmir üçün:
1 ədəd yumurta
3 xörək qaşığı qatıq
1 xörək qaşığı zeytun yağı
1 çay qaşığı şəkər tozu, yarım çay qaşığı duz
Yarım paket qabartma tozu
Təxminən 1.5 - 2 stəkan un (xəmir keks xəmirindən bir az daha qatı, qaşıqla yayıla bilən konsistensiyada olmalıdır)
Sous üçün:
1 xörək qaşığı tomat pastası
1 diş rəndələnmiş sarımsaq
Kəklikotu (kekik), zeytun yağı və bir az ilıq su (sousu açmaq üçün)
Üstü üçün (istəyə görə):
Rəndələnmiş holland pendiri (kaşar)
Sucuk, sosiska və ya salam
Göbələk, bibər, zeytun, qarğıdalı
Hazırlanma qaydası
Göbələk və bibər kimi gec bişən tərəvəzləri əvvəlcədən tavada 1-2 dəqiqə sote etmək məsləhətdir ki, pizzanın üstündə çiy qalmasınlar.
Yumurta, qatıq, yağ, şəkər və duzu qarışdırın. Qabartma tozu və unu az-az əlavə edərək pürüzsüz bir xəmir əldə edin. Əgər xəmir çox bərk olarsa, bir az qatıq, çox axıcı olarsa, bir az un əlavə edə bilərsiniz.
Orta boy (təxminən 26 sm) tavanı yüngülcə yağlayın. Xəmiri tavaya töküb qaşıqla hər tərəfə bərabər yayın.
Xəmirin üzərinə hazırladığınız tomat sousunu çəkin. Əvvəlcə bir az rəndələnmiş pendir səpin, sonra digər vəsaitləri düzün və ən üstə yenidən bol pendir əlavə edin.
Tavanın qapağını bağlamaq çox vacibdir, çünki buxar pendirin əriməsini və xəmirin üstünün də bişməsini təmin edir.
Pizzanı mütləq vaza atəşdə (kısık ateş) bişirin. Əks halda altı yanar, üstü isə çiy qalar.
Təxminən 10-12 dəqiqə ərzində xəmirin altı qızaranda və pendirlər tam əriyəndə pizzanız hazırdır.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kenquru dönəri hazırladı: Sosial şəbəkədə gündəm olan Video
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Unsuz kokoslu peçenye resepti
XƏBƏR LENTİ
-
Bu möcüzəni yeyənin qaraciyəri yenilənir: Suyunu içməyin
-
Gündə 1 çay qaşığından çoxu zərərlidir: Təzyiq xəstələrinin uzaq durmalı olduğu 3 qida
-
Ən çox qəhvə içilən ölkələr
-
“Mən varlıları sevmirəm” – Cavan Zeynallı ilə müsahibə
-
Yasamalda sakinlərlə tikinti şirkəti arasında qiymət mübahisəsi - (Video)
-
Axşam yeməyində makaron yemək bu 2 səbəbə görə kökəltmir
-
“Özcan məni ölümlə hədələyir” - müğənninin qardaşı - (Foto)
-
Ronaldo milli komandanı tərk etməsi ilə bağlı açıqlama yayıb
-
“Eşref” geri qayıdır
-
Zığ şosesində yük avtomobili aşdı, yol bağlandı - Yenilənib (Foto)
-
"Barselona" Holann üçün 151 milyon avro təklif edəcək
-
Günün qoroskopu: Şəxsi həyatınız enişli-yoxuşlu olmağa davam edir
-
Sabah Yasamalda işıq olmayacaq
-
Kürdəmirdə işçilər xəbərdarlıq edilmədən işdən çıxarıldı - (Video)
-
Ronaldo millinin düşərgəsini tərk edib
-
Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi - (Video)
-
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
-
Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib
-
Getdiyi sürətlə körpüyə çırpıldı - Hadisə yerindən (Video)
-
Netanyahu 150 nəfəri xilas edn qəhrəman sərnişinlə görüşdü - (Video)
-
Altı dəfə Fransa çempionu olan klub 2 manata satıldı
-
İspaniyanın ən yüksək maaş alan idmançısı
-
Azərbaycan sahillərinin yeni müdafiəçisi: "BARBAROS" sistemi tədarük olunacaq
-
Krista Paykın edamı təxirə salındı





