İdman

Qurban Qurbanovdan ağır məğlubiyyətlə bağlı ilk açıqlama

19 Fevral 2026 00:22
Baxış: 480
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Nyukasl"ın gücünü bilirdik. Bu gün bizdə demək olar düşündüyümüz heç nə alınmadı. Hər bir halda Çempionlar Liqasının çəkisi budur. Bu komandaların hamısı bu səviyyədədirlər. Futbolçularımına təşəkkür edirəm, bu günə kimi çox möhkəm dayandılar. Düzdür, ilk hissədə böyük zərbə aldılar. Azarkeşlərə də təşəkkür edirəm ki, sona qədər bizimlə birlikdə oldular, dəstək göstərdilər".

Milli.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında "Nyukasl"la Bakıda keçirilən oyundan sonra deyib.

"Bu vəziyyəti hər oyunda gözləyirdim. Sadəcə, bu gün oldu. Təkcə mənim, bizim üçün yox, futbol camiəsi üçün böyük təcrübə oldu. Avropa futbolu həddindən artıq inkişaf edir. Bu gün də bunun şahidi olduq" - Qurbanov əlavə edib. /teleqraf 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.