Fevralın 19-da Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35/10 kV-luq "Bambaşı" yarımstansiyasından çıxan 10 kV-luq 8 saylı hava xəttində təmir işləri aparılacaq.
Milli.Az xəbər verir ki, bu barədə "Azərişıq"ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 16:00-dək rayonun Alaşa, Yeyənkənd, Yolağac, Zuvand kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
"Təmir işləri başa çatdıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - deyə əlavə edilib.
Milli.Az





