"Balacalarımızla ana dilimizi sevək" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Binəqədi rayon İcra Hakimiyyətinin və Biləcəri bələdiyyəsinin təşkilatçılığı ilə Binəqədi rayonunda 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə Binəqədi rayonu Mərkəzləşdirilmiş Kitabxana Sistemində tədbir keçirilib.
Milli.Az bildirir ki, İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdir müavini Xuraman Ələkbərova, 298 saylı körpələr-evi uşaq bağçasının müdiri İradə Əhmədova və bağçanın balaca fidanları iştirak ediblər.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdir müavini X.Ələkbərova kitabxana haqqında geniş məlumat verib. Sonra Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi L.Kərimova Binəqədi rayonunda 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə keçirilən "Balacalarımızla ana dilimizi sevək" tədbiri haqqında məlumat verib və 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili gününün yaranma tarixi haqqında çıxış edib.
Biləcəri bələdiyyəsinin sədri H.Quliyev balaca fidanlara hələ erkən yaşından kitab sevgisinin aşılanmasında bu cür layihələrin rolunun danılmaz olduğunu diqqətə çatdırıb.
Sonra kitabxana ilə tanış olan 298 saylı körpələr evi - uşaq bağçasının balaca fidanlar xüsusilədə uşaqlar aləmi, multikulturalizm və ana dili guşələri ilə yaxından tanış olublar. Ana dili ilə bağlı şeirlər söyləyən balaca fidanlar dövlət himnini ifa ediblər. Müxtəlif nağıl personajlarını nümayiş etdirən balaca fidanlar üzərlərində Əlifba və Ana dili sözlərini yazmış yazılarla maraqlı flaşmob da nümayiş etdiriblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir
-
Bu BÜRClər bir-biri üçün yaranıb - Ayrılmaları demək olar mümkünsüzdür
-
Günəş aktivliyi yenidən artdı - Alimlərdən xəbərdarlıq
-
Köhnədir deyə atmayın: Nənələrinizin bu əşyaları sizi milyonçu edə bilər
-
İmtahana bir gün qalmış nə etmək lazımdır?
-
Kürün səviyyəsi yüksəldi, kənddə vəziyyət pisləşdi
XƏBƏR LENTİ
-
Ayın 31-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ
-
Məşhur kurort şəhərində dəhşət: Qadın cəsədləri tapıldı
-
Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir
-
Bu BÜRClər bir-biri üçün yaranıb - Ayrılmaları demək olar mümkünsüzdür
-
İrandan Azərbaycana 20 kq narkotik keçirmək istədilər
-
Güclü külək nəticəsində paytaxtda 41 ağacı sınıb - FOTO
-
Prezidenti İlham Əliyev Xorvatiya Prezidentini təbrik edib
-
Neft bazarında kəskin eniş: Azərbaycan nefti görün neçə dollara düşdü
-
Çinin planı nədir?
-
Günəş aktivliyi yenidən artdı - Alimlərdən xəbərdarlıq
-
4 tondan artıq çətənə kolu məhv edilib
-
Köhnədir deyə atmayın: Nənələrinizin bu əşyaları sizi milyonçu edə bilər
-
İmtahana bir gün qalmış nə etmək lazımdır?
-
Onlar çarəsiz duruma düşüblər
-
Kürün səviyyəsi yüksəldi, kənddə vəziyyət pisləşdi
-
Məktəbə telefon gətirən şagirdlərlə bağlı VACİB XƏBƏR
-
Dünyanın ən çox qızıl ehtiyatına malik ölkələri açıqlandı
-
Türkiyədə zəlzələ oldu
-
Smartfonun dinlənildiyini necə anlamaq olar?
-
Aydan gətirilən toxumlar necə yetişdirildi? - Yerdəkilərdən heç bir fərqi olmadı
-
Pul dərhal yoxa çıxır: tez-tez borc içində olan BÜRCLƏR
-
Uşaqlarda diş çıxarma dövrü - Valideynlər nələri bilməlidir?
-
Bir gündən sonra corablarınızda YAŞAYIR
-
Bu mürəbbələr şəfa qaynağıdır





