Cəmiyyət

Bəzi radarlar yeni Məcəlləyə uyğunlaşdırılmayıb - VİDEO

28 May 2016 21:16
0 Şərh     Baxış: 1 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi ərazilərdəki radarlar yeni İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırılmayıb.

Bunu yolun əks tərəfində olan piyadaya yol vermədikləri üçün bəzi sürücülərə gələn protokollar deməyə əsas verir.

Belə radarlardan biri paytaxtın Yasamal rayonu Mikayıl Müşfiq küçəsindədir. Sürücülərdən biri Bakı şəhər Dövlət Yol Polis İdarəsinə məlumat verib ki, ikitərəfli hərəkət olan yolda qoşa xəttin əks tərəfində olan piyadaya yol vermədiyi üçün ona protokol tərtib edilib.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki,  məsələni polis araşdırarkən müəyyən olub ki, həmin radar yeni İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırılmayıb. Qeyd edək ki, son vaxtlar bu tipli şikayətlərin sayı artmaqdadır. Piyadalar keçidin yaxınlığında dayandıqda, keçidə  daxil olmadıqda və ya ikitərəfli yolun əks tərəfində olduqda belə sürücülərə elektron protokollar tərtib edilir.

Lakin İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinin ''Qeyd'' bölməsində bildirilir ki, əgər sürücü piyadanın hərəkətinə mane olmursa, həmçinin onun qaçması, istiqaməti dəyişməsi və dayanmasına səbəb olmursa, buna görə sürücünü inzibati məsuliyyətə cəlb etmək olmaz. Elə buna görə də bir neçə şikayətçi sürücünün radarı ləğv edilib. Nəqliyyat ekspertləri isə bu məsələdə kameranın monitoru qarşısında əyləşən operatorun da günahının olduğunu deyirlər.

Nəqliyyat ekspert Ərşad Hüseynov yeni İnzibati Xətalar Məcəlləsindəki dəyşiklikdən sonra sürücü və yol polisi arasında ziddiyətin təkcə piyadaya yol verməməyə görə yox, sürət həddinə görə də yaşandığını deyir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bəzi radarlar yeni Məcəlləyə uyğunlaşdırılmayıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.