Cəmiyyət

Azərbaycanlı tələbə Türkiyədən deportasiya edilir - SƏBƏB

23 Avqust 2025 15:42
Baxış: 775
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İstanbul Universitetində yemək qiymətlərinin bahalaşmasına etiraz edən azərbaycanlı tələbə Nənəxanım Babazadə saxlanılıb.

Milli.Az unikal.az-a istinadən xəbər verir ki, iş yerində saxlanılan tələbə Baş Mühafizə İdarəsinə göndərilib.

O, daha sonra deportasiya olunmaq üçün Çatalca Geri Dönüş Mərkəzinə aparılıb.

Magistratura pilləsi üzrə təhsil alan N.Babazadə bir müddət əvvəl universitetin qiymət artımlarına qarşı etiraz etdiyi üçün xarici terror təşkilatı ilə əlaqədə ittiham olunub.

O, hazırda Geri Dönüş Mərkəzində saxlanılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.