Cəmiyyət

Daha bir kəndin bütün məzunları tələbə oldu

23 Avqust 2025 16:45
Baxış: 911
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İşğaldan azad olunmuş Ağdərə rayonu Talış kənd tam orta məktəbinin məzunlarının hər biri ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıb.

Milli.Az xəbər verir ki, Talış kənd tam orta məktəbini 2024-2025-ci tədris ili üzrə 4 nəfər bitirib. Məktəbin məzunu Nigar Məmmədli imtahanda yüksək nəticə göstərərək 609 balla Bakı Dövlət Universitetinə qəbul olub. Digər məzunlar Sirat Qarayev Xəzər Universitetində, Çinarə Qarayeva Gəncə Dövlət Universitetində, Lalə Alışova isə Memarlıq və İnşaat Universitetində təhsil alacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.