Cəmiyyət

Xankəndidən gələn məktub - FOTO

28 May 2016 19:57
0 Şərh     Baxış: 2 515
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

1 il 11 aydır Ermənistan tərəfindən girov saxlanılan Şahbaz Quliyevin yaxınları 4 aylıq fasilədən sonra ondan növbəti məktubu alıblar.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Tərtərin Qaradağlı kəndində yaşayan İradə Quliyevaya qardaşından gələn məktubu ötən gün Beynəlxalq Qızıl Xaç Komitəsini (BQXK) Bərdə ofisinin nümayəndləri təqdim edib. Bir neçə cümləlik məktubda yaxınlarına salam göndərən Şahbaz vəziyyətinin yaxşı olduğunu yazıb.

İradə Quliyeva isə düşünür ki, Şahbaz ailəsini narahat etməmək üçün səhətinin həmişə normal olduğunu deyir. Ən son ailəyə yanvar ayında  BQXK tərəfindən girovların şəkili gətirilib. Şahbazın anası isə ümumiyyətlə bu günə kimi oğlunun girov düşdüyündən xəbərsizdir.

"Daima Rusyada olubdur, KAMAZ-la gedirdi. Orda işləyirdi, indi deyirik ki, ordadır, işləməyə gedib. Göstərmirik, televizoru da qoymuruq işlətsin",- deyə Şahbaz Quliyevin bacısı İradə Quliyeva anası barədə danışır.

BQXK-nin Bərdə ofisindən bildirdilər ki, təqribən ayda bir dəfə və ya 6 həftədən bir girovlarla görüş olur. Şahbaz Quliyev və Dilqəm Əsgərovun səhətləri və saxlanma şəraiti komitənin nəzarəti altındadır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.