Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
19 ildən sonra uşaq dünyaya gətirən qadın niyə öldü?
17 Fevral 2015 17:00
5 Şərh
Baxış: 10 969
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir neçə gün əvvəl daha bir qadın uşaq dünyaya gətirib öldü. Şabran rayonunun Uzunboyad kənd sakini Vəsilə Həmidova fevralın 10-da Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin doğum şöbəsində qeysəriyyə üsulu ilə əməliyyat olunaraq qız uşağı dünyaya gətirib.
Üstündən 3 gün keçəndən sonra səhər saatlarında ananın səhhəti kəskin pisləşib. Aparılan tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Onun 2 kq 700 qram çəkiyə malik olan uşağının vəziyyəti isə normaldır.
V.Həmidovanın ailəsi ananın ölümündə həkimlərin günahkar olduğunu iddia edirlər. Mərhumun atası Firudin Bağırov Milli.Az-a açıqlamasında bildirdi ki, Vəsilə doğuşdan sonra kəskin ağrılarının olduğunu deyirdi. Həkimləri isə buna inandıra bilmədik. Zavallı qız 19 ildən sonra uşaq dünyaya gətirdi və rəhmətə getdi. Həkimi Aynur adlı xanım idi. Məsuliyyət onların üzərinə düşür.
Mərhumun əmisi Aydın Bağırov da Milli.Az-a açıqlamasında günahkar Aynur həkimi
hesab etdi: "Qardaşımın balasının qanını batırmaq istəyirlər. Xəstə gecədən rəhmətə gedib, çağırıb səhər deyirlər ki, gəlin aparın. Belə vicdansızlıq olmaz. Aynur həkim onun ölümünə səbəb olub. Onu cəzalandırmaq lazımdır. Sağlam qadını öldürüb. Belə biabırçılığa son qoyulmalıdır. Hər gün ana ölümü eşidirik. Buna nə vaxt son qoyulacaq? Bacarmırdı, xəbər edəydi ki, bizim gücümüz deyil, Bakıya aparardıq".
Ölüm hadisəsində günahkar hesab edilən Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin həkim mama-ginekoloqu Aynur Quliyeva Milli.Az-a açıqlamasında bildirdi ki, məhkəmə-tibbi ekspertizanın rəyi çıxandan sonra təqsirkar bilinəcək. Xəstənin valideynləri çox şey iddia edə bilər. Ölümdə ilkin ölüm səbəbi ağ ciyər arteriyasının tromb emboliyasıdır. Meyit müayinə üçün Xaçmaza aparıldı, Bakıdan tibbi ekspertizanın şöbə müdiri gəldi. Meyit yarıldı və ekspertizanın rəyi bir neçə günə açıqlanacaq.
Həkimin sözlərinə görə, xəstə doğuşdan sonra 4-cü sutkada, evə yazılmaq ərəfəsində rəhmətə getdi: "Qadın yüksək səviyyədə qeysəriyyə əməliyyatı olunub. Xəstə evə yazılacaqdı, beş dəqiqənin içərisində keçindi. Mərhumun yaxınları da deyir ki, qanaxmadan ölüb. Qanaxmadan söhbət gedə bilməz. Xəstə qeysəriyyədən iki, dörd saat sonra, bir sutka sonra ölə bilər. Dörd sutka qanaxma ilə xəstə qalmaz. Hər kəs bu məsələni araşdıranda başının üzərində Allahı görsün. Ekspertizanın rəyindən sonra hər şey açıqlanacaq".
Anar Məmmədov
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Sabahın hava proqnozu açıqlandı
-
Həkimlərin maaş artımı Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsüdür
-
300 min hektar ərazi minalardan təmizlənib
-
2 700 dollar qazandı, 135 dollar vergi ödəməlidir - Səbəb
-
Bu şəxslərin maaşı artırılır - 3 min manatadək...
-
Prezident İlham Əliyev 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb
XƏBƏR LENTİ
-
İradə İbrahimova dekoltesi ilə diqqət çəkdi - (Foto)
-
Ermənistanda eks-naziri yatağından məhkəməyə belə apardılar - (Video)
-
Dərnəgüldəki taxta bazarında meyit tapıldı
-
Bakıda 57 yaşlı kişi skuterden yıxılaraq öldü
-
Sabahın hava proqnozu açıqlandı
-
Bakıda “cin çıxaran” qadın saxlanıldı
-
Həkimlərin maaş artımı Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsüdür
-
300 min hektar ərazi minalardan təmizlənib
-
Hindistanda blogeri ağaca bağlayıb yandırdılar
-
Moskvadan Bakıya gələn sərnişinin ayaqqabısından 11 patron çıxdı
-
Mourinyodan sərt qaydalar: Həmin futbolçular matçı buraxacaq
-
Azərbaycanda vəzifəli şəxslərə hökm oxundu
-
2 700 dollar qazandı, 135 dollar vergi ödəməlidir - Səbəb
-
“Mançester Siti”dən 145 milyonluq rekord transfer
-
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir
-
Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub
-
"O geyimimi Vasif Məhərrəmli alıb, digər etdiklərini deməyə utanıram" - (Video)
-
Prezident İlham Əliyev: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır
-
Bu şəxslərin maaşı artırılır - 3 min manatadək...
-
Prezident İlham Əliyev 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev Vyetnam Prezidentinə təbrik məktubu ünvanlayıb
-
1,2 milyon manatlıq körpü açılışda çökdü - (Video)
-
Almaniya Rusiyanın Baş Konsulluğunu bağlayır
-
Dövlət sərhədini pozan 17 nəfər tutulub