Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Binəqədidə "Gigiyenik qaydalara düzgün əməl edək" layihəsi sona çatıb - FOTO
18 Dekabr 2014 15:59
Baxış: 2 545
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında Binəqədi rayon İcra Hakimiyyətinin və YAP Binəqədi rayon təşkilatının dəstəyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı və NİCOS şirkətinin maliyyə dəstəyi ilə rayonun bütün orta ümumtəhsil məktəblərini əhatə etmiş "Gigiyenik qaydalara düzgün əməl edək" layihəsinin yekun bağlanış və layihə çərçivəsində elan olunmuş müsabiqələrin qaliblərinin mükafatlandırılması tədbiri keçirilib.
Binəqədi rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, "Bakı 2015" ilk Avropa Oyunları ərəfəsində keçirilən "Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində "Ən təmiz səhiyyə müəssisəsi" müsabiqəsi elan edilib. Müsabiqədə iştirak edən səhiyyə müəssisələri arasında 3 tibb müəssisəsi - Ə.Məlikov adına 6 saylı Birləşmiş şəhər xəstəxanası, 20 saylı Uşaq poliklinikası və "HB Güvən" klinikası mükafatlandırılıb. "Gigiyenik qaydalara düzgün əməl edək" layihəsi də bu məhz bu müsabiqə ilə əlaqədar gerçəkləşib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Anar Qədirli, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatları Mərkəzinin layihələrin əlaqələndirmə şöbəsinin müdiri Səbinə Babazadə, "NURGÜN Group" Şirkətinin Müştəri Xidmətləri və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Reala İsazadə və digər qonaqlar iştirak ediblər.
Tədbirdən əvvəl qonaqlar layihə çərçivəsində müxtəlif istiqamətlər üzrə məktəblilər arasında elan olunmuş müsabiqənin iştirakçılarının işlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov Binəqədi rayonu üzrə bütün məktəbləri əhatə etmiş layihənin əsas məqsədinin sağlam gələcək, sağlam gənclik olduğunu qeyd edib. R.Göyüşov ölkədə təhsil və səhiyyə ilə bağlı böyük işlərin görüldüyünü, cənab Prezident İlham Əliyevin bu sahələrin inkişafı ilə bağlı mühüm qərarlar qəbul etdiyini vurğulayıb.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbir iştirakçılarına Binəqədi rayon İcra Hakimiyyəti başçısçı Xaləddin İsgəndərovun salamlarını çatdırıb. "Gigiyenik qaydalara düzgün əməl edək" layihəsinin Bakı 2015 İlk Avropa Oyunlarına töhfə olan "Təmiz Binəqədi" layihəsi çərçivəsində keçirildiyini qeyd edən natiq layihənin gənclərdə təmizliyi həyat təzinə çevirməyi hədəflədiyini bildirib.
A.Əliyeva "Təmiz Binəqədi" layihəsi çərçivəsində gənclərin sağlamlığlının qorunması, milli mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı çoxsaylı tədbirlərin, aksiyaların, müxtəlif idman yarışları və vətənpərvərlik tədbirlərinin keçirildiyini qeyd edib.
Sağlam həyat tərzi, gənclərin sağlam təməllər üzərində böyüməsi, müxtəlif xəstəliklərdən uzaq olması və gənclərin gələcəyinin etibarlı şəkildə təşkili məsələlərinə toxunan A.Əliyeva bu məqsədlərə çatmaq üçün din, irq, cins fərqinə varmadan hər kəsin mübarizə aparmasının vacibliyindən danışıb. O layihədə müxtəlif nominasiyalar ürzə qalib olmuş məktəbliləri Rayon İcra Hakimiyyətinin başçısı adından təbrik edib.
Tədbirdə iştirak edən digər qonaqlar da layihə barədə öz fikirlərini bildiriblər.
Sonda müsabiqənin qaliblərinə müvafiq diplom və hədiyyələr təqdim olunub.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yazda necə qidalanmaq lazımdır?
-
Mayın sonuna qədər sərvət qazanacaq BÜRCLƏR
-
Omeqa-3 həqiqətən faydalıdır?
-
Kann festivalında məşhurların qaldığı hotellərin qiymətləri - Siyahı
-
Dilimlənmiş çörək almamaq üçün 4 əsas SƏBƏB
-
Bəzi ərazilərdə işıq olmayacaq
-
Kür məcrasından çıxır - VİDEO
-
İmişlidə ağır qəza - ölənlər və yaralananlar var
-
“Ay ərzində ən azı 1000 manat xərcləri çıxır” - 8 uşaqlı ailədən reportaj - VİDEO
-
Günün qoroskopu: Olduqca güclü təsir altındasınız
-
"Mançester Yunayted"dən yay transfer pəncərəsində böyük büdcə - siyahı
-
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
-
"Real Madrid" "Barselona"nın transfer hədəfinə elçi düşdü
-
Sezon finalını tezləşdirdilər
-
77 yaşlı kişini ildırım vurdu
-
FHN əhaliyə xəbərdarlıq etdi
-
Ağdama leysan yağır: küçələrdəki mənzərə... - VİDEO
-
Güclü sel bir gündə 3 körpünü dağıtdı - VİDEO
-
14 ildən sonra Premyer Liqanı tərk etdilər
-
Bakıda divar uçdu, avtomobillər əzildi
-
"Demişəm, ölənə qədər sənə halallıq verməyəcəyəm"
-
Anqolada torpaq sürüşməsi olub - azı 28 nəfər ölüb
-
Keçmiş xəstəxana direktoru vəfat etdi - FOTO
-
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi