FHN əhaliyə xəbərdarlıq etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fövqəladə Hallar Nazirliyi hazırda bəzi bölgələrdə müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Milli.Az-ın məlumatına görə, nazirlik bildirib ki, hazırda ayrı-ayrı rayonlarda yağıntılı və qeyri-sabit hava şəraiti müşahidə olunur, bəzi dağ çaylarından sel keçir. Həmçinin, yaxın günlərdə də yağışlı və küləkli hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır.
FHN vətəndaşlara sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmağı, belə hallarla üzləşdikdə isə dərhal yaxınlıqdakı yüksək əraziyə qalxmağı tövsiyə edib.
Nazirlik ildırım təhlükəsi ilə bağlı da xəbərdarlıq edib. Bildirilib ki, ildırım zamanı elektrik cihazları şəbəkədən ayrılmalı, telefonla danışılmamalı, açıq ərazidə elektrik xətləri, antenalar və hündür ağacların yaxınlığında dayanılmamalıdır. Avtomobildə olan şəxslərə isə hərəkəti dayandırıb şüşələri qaldıraraq təhlükənin keçməsini gözləmək tövsiyə olunub.
Eyni zamanda, güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən, elektrik dirəkləri və naqillərindən uzaq durmaq məsləhət görülüb.
FHN həmçinin qeyd edib ki, küləkli hava yanğınların söndürülməsini çətinləşdirdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır. Kiçikhəcmli gəmi istifadəçilərinə isə belə hava şəraitində dənizə çıxmağın qadağan olduğu xatırladılıb.
Nazirlik vətəndaşları təhlükə zamanı 112 qaynar xəttinə müraciət etməyə çağırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
77 yaşlı kişini ildırım vurdu
-
FHN əhaliyə xəbərdarlıq etdi
-
Ağdama leysan yağır: küçələrdəki mənzərə... - VİDEO
-
Güclü sel bir gündə 3 körpünü dağıtdı - VİDEO
-
14 ildən sonra Premyer Liqanı tərk etdilər
-
Bakıda divar uçdu, avtomobillər əzildi - Video
-
"Demişəm, ölənə qədər sənə halallıq verməyəcəyəm"
-
Anqolada torpaq sürüşməsi olub - azı 28 nəfər ölüb
-
Keçmiş xəstəxana direktoru vəfat etdi - FOTO
-
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
-
ABŞ İranla danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Dünya Kubokunun rəsmi mahnısı "Dai Dai" təqdim olundu - VİDEO
-
Bakının 4 rayonunda qaz kəsiləcək - YENİLƏNİB
-
“Həmişə istəmişəm qızıl medalım olsun, atama həsr edim” - Şəhid qızı - VİDEO
-
Rusiya Kiyevə raket zərbəsi endirib - 4 nəfər ölüb, 100-ə yaxın yaralı var - YENİLƏNİB
-
Avtomobil obyektə çırpıldı - sürücü öldü - FOTO
-
Azərbaycan güləşçiləri Avropa çempionatında 6 medal qazanıblar
-
Filtr suyu sağlamlıq üçün kifayətdirmi? Keyfiyyətli və minerallı suların fərqi
-
Azərbaycanlı aparıcının ailəsində xeyir iş - məşhurlar axın etdi - VİDEO
-
Eyfel qülləsinin orijinal pilləkəni hərraca çıxarılır: qiymət açıqlandı
-
Məşhur aktrisa qızı ilə bacı kimi görünür
-
Zakaria Savo “Qarabağ”a neçəyə başa gəldi? - Transferin detalları
-
Nərimanovda “Opel” yandı, “Mercedes”ə də ziyan dəydi - VİDEO
-
Əlverişsiz hava ilə bağlı daha bir xəbərdarlıq





