"Bakı 2015 Avropa Oyunları"na hazırlıq məqsədilə Bakının Binəqədi rayonunda həyata keçirilən "Təmiz Binəqədi" layihəsi çərçivəsində artıq bir çox işlər həyata keçirilib.
Bu barədə Trend-ə Binəqədi Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Belə ki, layihə çərçivəsində könüllü gənclərdən ibarət qrupla görüş keçirilib, tərkibində 40 nəfər olan mobil könüllü qrup yaradılıb.
Daha sonra 9-cu mikrorayon, Adil Məmmədov küçəsində yeni istirahət parkı açılıb. Rayonun bütün Sahə İnzibati Ərazi dairələrində "Təmiz Binəqədi" layihəsi çərçivəsində təmizlik işlərinin aparılma sürəti intensivləşdirilib. Bu məqsədlə məişət tullantıları atılan ərazilər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən dezinfeksiya edilib.
Layihənin insanlar arasında təşviq edilməsi məqsədilə idarə və müəssisələrdə çalışan əməkdaşların avtomobillərinin üzərinə "Təmiz Binəqədi" posterləri vurulub, rayon ərazisindəki yerüstü keçidlərdə "Təmiz Binəqədi" layihəsinə start verilməsi ilə bağlı posterlər asılıb və Bakı-Sumqayıt yolunun rayon ərazisinə düşən hissəsində "Təmiz Binəqədi" layihəsinə uyğun işıqlı lövhələr quraşdırılıb. Bundan əlavə, sosial şəbəkələrdə əhalinin maarifləndirilməsi ilə əlaqədar olaraq, könüllü gənclər tərəfindən videoçarxlar hazırlanıb.
"Təmiz Binəqədi" sosial layihəsinə dəstək məqsədilə Binəqədi rayon Heydər Əliyev adına mədəniyyət və istirahət parkında "Avto Akademiya Binəqədi" layihəsinə də start verilib.
Bununla yanaşı, "Təmiz Binəqədi" layihəsi çərçivəsində təmizlik aksiyası keçirilib. Rayon ictimaiyyəti və könüllü gənclər Binəqədi rayonunda yerləşən çimərlik ərazilərində təmizlik işləri aparıb və əhalini layihə ilə ətraflı tanış edib, sakinlərə maarifləndirici təbliğat vasitələri paylayıblar.
Həmçinin layihə çərçivəsində "Polietilensiz gün" devizi altında aksiya keçirilib. Binəqədi Rayon İcra Hakimiyyəti və "Azərsun Holdinq" MMC-nin Azərbaycan Kağız və Karton İstehsalatı Kombinatının birgə təşəbbüsü ilə 9-cu mikrorayon, Adil Məmmədov küçəsində reallaşdırılan sosial aksiya zamanı ərazi polietilen tullantılar və plastik qablardan təmizlənib. Təmizlik işlərindən sonra toplanan polietilen tullantılar təkrar emala göndərilib.
Layihə barədə gənclərin fikir və təkliflərini dinləmək məqsədilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun Binəqədi rayonunun fəal gəncləri və "Təmiz Binəqədi" layihəsinin könüllü gəncləri ilə görüşü keçirilib.
Könüllü gənclər qrupu "Yaşıl Adam" personajını yaradıb və tanıtım videosunu təqdim ediblər.
"Təmiz Binəqədi" layihəsi çərçivəsində həyata keçirilən növbəti aksiya isə Binəqədi rayonu, A.Kunanbayev küçəsini və 7-ci mikrorayonun bir hissəsini əhatə edib. "HB.Co.LTD" şirkətinin təşəbbüsü ilə təşkil olunmuş aksiya iştirakçıları ərazinin müxtəlif məişət tullantılarından təmizlənməsi, qurumuş kolların ərazidən götürülməsi, ağaclara qulluq edilməsi, ərazidə olan polietilen torbaların yığılması və s. kimi təmizlik işlərində yaxından iştirak ediblər.
Bundan əlavə, "Təmiz Binəqədi" layihəsi çərçivəsində təmizlik aksiyası keçirilib. 8-ci mikrorayonda Şövkət Məmmədova küçəsindən başlayan, İbrahimpaşa Dadaşov küçəsində davam edən və Nizami Nərimanov küçəsində yekunlaşan təmizlik aksiyası zamanı ərazi tullantılardan təmizlənib.
Layihə çərçivəsində keçiriləcək "Ən təmiz obyekt", "Ən təmiz uşaq bağçası", "Nümunəvi səhiyyə müəssisəsi", "Ən təmiz məktəb", "Ən təmiz Mənzil-Kommunal İstismar Sahəsi ərazisi", "Ən təmiz fərdi ev" müsabiqəsi rayon ərazisində yerləşən müəssisələrə elan olunub.
Qeyd edək ki, "Bakı 2015 Avropa Oyunları"na hazırlıq məqsədilə bu ilin iyul ayında start verilən "Təmiz Binəqədi" adlı sosial layihənin əsas məqsədi qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, yaşayış evlərini, həyətləri, məhəllələri, küçələri daha təmiz və səliqəli saxlamaq, salınmış yaşıllıqları qorumaq, ağaclar, bitkilər əkməklə yeni-yeni yaşıllıq zolaqları yaratmaq, rayonu abadlaşdırmaqla yanaşı, həm də vətəndaş məmnunluğunu qazanmaqdır. "Coca Cola" şirkəti də layihənin həyata keçirilməsində tərəfdaş qismində çıxış edir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Cəmiyyət
"Təmiz Binəqədi" layihəsi çərçivəsində görülən işlər açıqlandı - FOTO
6 Avqust 2014 13:19
Baxış: 4 305
DİGƏR XƏBƏRLƏR
- Bu tarixədək 300 milyon insan öləcək - Alimlər
- "Dövlətin pulu iki fırıldaqçı arasında bölüşdürülür"
- Taksilərlər bağlı daha bir PROBLEM: Ünvana çatanda qiymət artır
- “Nar”dan “Sərfəli cümə” təklifi – 50% endirimlə smartfon əldə et!
- Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər - FOTO
- Bu şəxslərin pensiyası 400 manatdan az olacaq
XƏBƏR LENTİ
- Sevgilisini bıçaqlayıb, maşınla üzərindən keçdi - Goranboyda dəhşət
- Bürclərlə bağlı unikal kəşf - Eramızdan əvvələ aid olan bu tapıntı nəyi göstərir?
- Azərbaycanda daha bir qəza: yaralılar xəstəxanaya çatdırıldı - FOTO
- Bu tarixədək 300 milyon insan öləcək - Alimlər
- Aİ-nin Azərbaycanla sərhəddə yerləşdirilmiş “müşahidəçi”ləri yenidən aktivləşib - ANBAAN GÖRÜNTÜLƏR
- Azərbaycan-Gürcüstan sərhədində şərti sərhəd pozucuları zərərsizləşdirildi - VİDEO - FOTO
- Yeni pomidor salatının resepti
- Süni yağış necə yağdırılır?
- Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı - FOTO
- 77 saxta domen bloklandı - RƏSMİ
- "Ailəli qadınların etdiklərini eşidəndə..."
- Trampın qələbəsindən sonra varlılar Amerikadan qaçır
- Ermənistan: ümüdsiz olsa da, silahlanır. Niyə?
- Rasim Balayevin səhhəti necədir? - AÇIQLAMA
- Şirvanda gənc qızı döyüb saçını yolan ana və qızı həbs edildi
- Maşın alarkən bunlara DİQQƏT edin - Standart alverçi yalanları...
- 20 dərəcə isti, duman, külək... - Sabahın havası
- Bu "kruqa" girməyin - VİDEO
- Sahil Babayev sabiq direktora vəzifə verdi
- "Dövlətin pulu iki fırıldaqçı arasında bölüşdürülür"
- Azərbaycanda Türkiyədən eşşəkləri kim alır?
- Ağır qəza - ölən və yaralanan var - FOTOlar
- Azərbaycanda festival keçirləcək - FOTOlar
- Taksilərlər bağlı daha bir PROBLEM: Ünvana çatanda qiymət artır