Cəmiyyət

Azərbaycana gətirilən yarım milyonluq eksklüziv "Gelandewagen"in sahibi kimdir?

18 Mart 2014 13:33
31 Şərh     Baxış: 13 278
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
ABŞ-ın Texas ştatında fəaliyyət göstərən "Hennesey Performance" tüninq şirkəti tərəfindən xüsusi sifariş əsasında yığılan və Azərbaycana gətirilən "Mercedes-Bens G63 AMG Gelandewagen" avtomobilinin sahibinin adı məlum olub.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə şirkətin rəsmi facebook səhifəsində məlumat yer alıb.

Xəbərdə bildirilir ki, avtomobilin sifarişçisi Azərbaycandan olan Aqşin A. (Agshin A.) adlı şəxsdir. Müştəri avtomobilin tüninqini 2013-cü ildə sifariş verib.

Həmin şəxsin familiyası tam göstərilmədiyindən onun barəsində əlavə məlumat öyrənmək mümkün olmayıb. Bununla belə, həmin şəxsin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Sumqayıt şəhər 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Aqşin Əhədov olduğuna dair hələ təsdiqlənməmiş məlumatlar var.

1987-ci ildə anadan olmuş Aqşin Əhədov həmin vəzifəyə ötən ilin dekabrında təyin olunub və kifayət qədər imkanlı şəxs kimi tanınır. Belə ki, o, Sumqayıtda ötən ilin payızında yanan "Karvan" ticarət mərkəzinin sahibi Ağamirzə Əhədovun nəvəsi və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı, deputat Nazim Fərəcovun kürəkənidir.

Virtualaz.org saytı Bakıya gətirilən "tank gücündə" avtomobilin həqiqətən həmin məmura məxsus olub-olmadığı barədə araşdırmalar aparır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.