Şou-biznes

Məhkəmə qərar verdi: "Tolik Natavandan üzr istəməlidir"

18 Sentyabr 2014 20:00
13 Şərh     Baxış: 4 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Natavan Həbibinin prodüser Tarix Əliyevə qarşı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə əlaqədar qaldırdığı məhkəmə prosesinin növbəti iclası baş tutub.

Milli.Az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, bu haqda sosial şəbəkədə prodüser Tolik məlumat yayıb. O bildirib ki, hakimin verdiyi qərara əsasən, Natavan Həbibidən üzr istəməlidir:

"Bu gün məhkəməm olub. Düzdür, heç bir prosesdə iştirak etməmişəm. Amma vəkilim dedi ki, hakim qərar verib ki, mən İnstagram səhifəmdə Natavandan üzr istəməliyəm və 10 gün bunu silməməliyəm. Möhtərəm hakim xanım, mən səhifəmdə heç kimi pulsuz reklam etmirəm, sizin qərarınızla razılaşmıram və işi Apelyasiya Məhkəməsinə verəcəm. Bununla sevinməsinlər ki, nəyəsə nail oldular. 25 min tələbini geri aldı ki, mən üzr istəyim. Mən əqidəli insanam. Zibil daşıyaram, küçə süpürərəm, amma üzr istəmərəm. Çünki Laçının işğal günü konsert verən müğənniyə bundan artıq söz deməyə, məncə, haqqım çatır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.