Mobil telefon

Telefon alarkən diqqətli olun: yeni fırıldaqlıq - VİDEO

28 May 2016 21:13
2 Şərh     Baxış: 12 447
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İşlənmiş telefon aldılar, bir müddət sonra işləmədi. Belə bir hadisə Nizami rayonunda fəaliyyət göstərən telefon mağazalarının sahiblərinin başına gəlib.

Belə ki,vətəndaşlardan aldıqları işlənmiş telefonları təzədən satdıqdan sonra müştərilər onlara müraciət edərək telefonların işləmədiyini bildirib. Buna səbəb isə telefonların köhnə sahiblərinin qalan kredit borcu olmasıdır.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, mağaza sahiblərinin sözlərinə görə, onlar işlənmiş telefon alan zaman sadəcə qarşı tərəfin şəxsiyyət vəsiqəsi ilə alqı-satqı əməliyyatını edirlər. Bu aldıqları telefonun kredit borcunun  olduğunu  müəyyənləşdirmək  isə  mümkün olmur.

Kredit  borcuna  görə  mobil telefonların satışını həyata keçirən şirkətlərin  müraciəti əsasında,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən belə cihazların  istifadəsi dayandırılır. Müştərilər gətirib belə telefonları  geri qaytardıqlarına görə satıcılar da  əmməli-başlı ziyana  düşür.

Hüquqşunaslar  isə  deyir ki, telefonun  borcu olduğunu bilərək bunu başqasına satan vətəndaşlar  məsuliyyat daşıyırlar.

Bu halla qarşılaşan şəxslər  hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət edə bilərlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Telefon alarkən diqqətli olun: yeni fırıldaqlıq

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.