Texnologiya

Yayda telefonların qızmasının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

5 Avqust 2025 17:20
Baxış: 312
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Havanın temperaturunun yüksəlməsi ilə smartfonlarda qızma problemi daha da aktuallaşır.

Milli.Az xəbər verir ki, xüsusilə yay aylarında birbaşa günəş şüasına məruz qalan telefonlar ciddi texniki nasazlıqlarla üzləşə bilər. Mütəxəssislər bildirirlər ki, cihazın uzun müddət yüksək temperaturda işləməsi batareyanın ömrünü azaldır, performansa mənfi təsir göstərir və bəzi hallarda təhlükəli nəticələrə səbəb ola bilər.

Bu riski azaltmaq üçün istifadəçilərə bir sıra önləyici tədbirləri yerinə yetirmək tövsiyə olunur:

Telefonu avtomobilin içində və ya çöldə, birbaşa günəş şüası altında qoymaq cihazın həddindən artıq isinməsinə səbəb olur. Mobil oyunlar, video montaj proqramları və ya yüksək qrafikalı tətbiqlər prosessorun qızmasına səbəb ola bilər. Bu cür proqramlardan fasilələrlə istifadə etmək tövsiyə olunur. Qalın və hava keçirməyən telefon qabları istiliyin çölə çıxmasına mane olur. Xüsusilə isti havalarda belə örtüklərdən müvəqqəti uzaq durmaq faydalıdır. Cihaz həm enerji ilə dolursa, həm də aktiv şəkildə istifadə olunursa (xüsusilə oyun və video izləmə zamanı), bu, temperaturun artmasına səbəb ola bilər. Şarj zamanı telefonu işlətməmək daha məqsədəuyğundur. Gizli şəkildə çalışan proqramlar da cihazın istiliyinə təsir edə bilər. Arxa planda çalışan tətbiqləri bağlamaq prosessor yükünü azaldır. Bəzən proqram təminatındakı nasazlıqlar da qızmaya səbəb ola bilər. Yenilənmiş versiyalar bu tip problemləri aradan qaldıra bilər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, telefonun çox qızması yalnız texniki zərərə deyil, həm də təhlükəsizlik risklərinə səbəb ola bilər. Bu səbəbdən yay mövsümündə istifadəçilər cihazlarına daha diqqətli yanaşmalıdırlar.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.