Mobil telefon

Samsung yenə liderdir

31 Avqust 2014 20:57
0 Şərh     Baxış: 1 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Samsung şirkəti nazik ekranlı televizorlar bazarında 2014-cü ilin ikinci rübünün nəticələrinə əsasən rekorda imza atıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki,Display Search agentliyinin araşdırmalarının nəticələrinə əsasən, bu ilin ikinci rübündə Samsung Electronics şirkəti nazik ekranlı televizorlar bazarında 31,8 faizlik paya malikdir. Birinci rübün nəticələrinə əsasən isə şirkətin bazar payı 30,7 faiz təşkil edib.

Nazik ekranlı televizorlar seqmenti ilə yanaşı, Samsung Electronics həmçinin LCD, LED və UHD-televizorlar bazarında liderlik edir.

Samsung TV-qurğular bazarında mövqeyinin yüksəlməsinin əsas səbəbi premium və əyri ekranlı UHD televizorlar seqmentinin inkişafı olub. Premium-televizorlar kateqoriyasında (qurğunun qiyməti 1500 dollardan yuxarıdı) Samsung bazar payının 50 faizdən çox hissəsinə malikdir.

Bundan başqa, Samsung şirkəti bu ilin birinci yarısının yekunlarına əsasən UHD-televizorlarının dünya bazarında birinci yeri tutub və onun bu seqmentdə bazar payı 36,6 faiz təşkil edib. UHD-televizorlarına olan tələbat sürətlə artdığına görə bu ilin əvvəlindən Samsungun bu bazarda payı iki dəfə artıb - birinci rübdəki 21,6 faizdən ikinci kvartalda 43,3 faizədək.

Bu göstəricilər istehlakçıların Samsungun ən yeni televizorlarının müasir dizaynını, texnologiyasını, servislərinin yüksək keyfiyyətini layiqincə qiymətləndirməyinin nəticəsidir. Almaniyada keçiriləcək IFA 2014-də biz əyri ekranlı televizorların ən son model xəttini nümayiş edəcəyik. Ümid edirik ki, bu kateqoriyanın inkişafı bizə TV-qurğuları bazarındakı liderliyimizi təmin edəcək - deyə Samsungun Visual Display Business bölümünün icraçı vitse-prezidenti HyunSuk Kim bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.