Kulinariya

Mətbəx sirləri: Şəkər xəmiri və təbii rənglər - FOTO

28 Dekabr 2014 07:00
2 Şərh     Baxış: 14 289
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Gül təxəllüslü oxucusunun istəyilə mastikanın (şəkər xəmiri) hazırlanma qaydasını povarenok.ru-ya istinadən, həmçinin tort kremi üçün təbii rənglərin necə alındığı haqda məlumatı təqdim edir.

Şəkər xəmirinin təyinatına görə bir çox hazırlanma üsulu və müxtəlif tərkibləri var (jelatinli, nişastalı, ballı, şokoladlı və s.). Bunların bəziləri haqda əvvəllər də məlumat vermişdik (buradaburada).  Təqdim edəcəyimiz variant çox asan və tez başa gələndir. Onu yaxşıca bükərək soyuducuda 2 həftə, dondurucuda 2 ay saxlaya bilərsiniz. Lazım gəldikdə mikrodalğalı sobada qızdırın və o, istifadəyə hazır olacaq.

Tərkibi: 

300 q marşmellou (zefir)
250 q şəkər pudrası
250 q nişasta
2 x.q. limon şirəsi
40 q kərə yağı*



Marşmellounu kasaya tökün, limon şirəsi əlavə edib mikrodalğalı sobada 2 dəqiqə saxlayın. Marşmellou yumşalaraq həcmi artacaq.



Mirkodalğalı sobası olmayanlar üzülməsinlər. Bu prosesi su hamamında da asanlıqla edə bilərsiniz.

100 q şəkər pudrası əlavə edib yoğurun. Əgər ona rəng qatacaqsınızsa, sobadan (yaxud su hamamından) çıxaran kimi rəngi əlavə edib qarışdırın.



* Mastikanı tortun üzərinə örtük kimi çəkəcəksinizsə, ona isti-isti 40 q kərə yağı əlavə etməyiniz məsləhətdir. Əgər fiqurlar düzəldəcəksinizsə, kərə yağına gərək yoxdur.

Şəkər pudrasının qalanını və nişastanı masanın üstünə səpin, marşmellou kütləsini üstünə qoyub əlinizə yapışmayanadək yoğurun.



Adətən, hazır şəkər xəmirini soyuducuda 24 saat saxlamağı məsləhət bilirlər. Lakin təcrübə göstərir ki, cəmi 30 dəqiqə-1 saat da kifayət edir.




Tort kreminə təbii rəngləndiricilər qatmaq üçün
giləmeyvə və tərəvəzlər, göyərti dadınıza çatar.



Limon və ya portağalın sedrası sarı rəng verir.

Sarı qəhvəyi rəng üçün şəkər tozundan da istifadə edə bilərsiniz. Bunun üçün şəkər tozunu suda əridin (5:1 nisbətində, 5 pay şəkər tozu, 1 pay su), ocağın üstünə qoyun, tünd-qəhvəyi rəng alanadək bişirin. Alınan kütləyə az-az su əlavə edin (5:2). Onu cunadan süzün. Sonra isə az-az kremə əlavə edin.

Mavi rəngi böyürtkən və ya qaragilədən ala bilərsiniz. Qırmızını - moruq, qarağat, gilənardan, qırmızı və çəhrayının zərif çalarlarını - çuğundurdan ala bilərsiniz. Çuğunduru sürtgəcin iri gözündən keçirin. üzərinə su töküb təxminən 1 saat bişirin. Süzün, azca limon turşusu vurun (o, rəngi daha canlı edir). Soyudub istifadə edin. 

Yaşıl rəngi ispanağı vam odda 30-40 dəqiqə bişirməklə ala bilərsiniz. Amma onun rəngi çox açıq olur.

Nuş olsun!

Milli.Az

Bu da Yeni il üçün şəkərli xəmirdən tort bəzəkləri: 

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.