Kulinariya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Günün təamı - şəkərli salfet və tort üçün güllər - FOTOSESSİYA
21 Fevral 2012 07:00
5 Şərh
Baxış: 26 536
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mastika (şəkərli salfet)
Tərkibi:
100 q marşmellou
1 x.q. kərə yağı
200-300 q şəkər pudrası
qida boyaları
Marşmellou pastila kimi, yupyumşaq konfetdir. Onu siniyə qoyub içinə kərə yağı da əlavə etməklə 15-20 saniyəyə mikrodalğalı sobaya qoyun. Marşmellounun həcmi böyüyəcək.
50-100 q şəkər pudrası əlavə edib qarışdırın. Əgər müxtəlif rəngli fiqurlar hazırlamaq niyyətindəsinizsə, kütləni bir neçə yerə bölüb qida boyaları əlavə edin.
Şəkər pudrasını kütlə plastilin bərkliyini alana qədər əlavə edə bilərsiniz. Mastikanı yayıb ondan müxtəlif fiqurlar kəsə bilərsiniz. Hazır fiqurları 1 sutka qurutmaq lazımdır. Üstəlik, onları soyuducuya qoymaq da məsləhət deyil. Əgər tortun üzərinə krem çəkmisinizsə və o hələ sabahadək, yaxud bir neçə saat soyuducuda qalmalıdırsa, hələlik fiqurları onun üstünə düzməyin. Bunu tortu süfrəyə verməzdən əvvəl edə bilərsiniz.
Mastikadan artıq qalıbsa, onu sellofana büküb soyuducuya qoya bilərsiniz.
Qızılgüllər
Mastikadan damcıyabənzər fiqur düzəldib diş çöpünün ucuna yapışdırın. Stolun üstünə şəkər pudrası səpin. Mastikanı onun üstündə yayıb formaların köməyilə güllər kəsin. Həmin güllərin ləçəklərinin arasını bıçaqla çərtin. Ortasını azacıq su ilə isladın.
Diş çöpünün o biri ucunu gülün ortasından keçirin. Ləçəkləri bir-bir "damcı"nın ətrafına sarın. Əgər qızılgülün çoxləçəkli olmasını istəyirsinizsə, daha bir və ya iki çiçək fiquru da kəsib eyni qayda ilə "damcı"nın ətrafında ləçəklər yarada bilərsiniz. Birləşmə yerlərini azca su ilə isladın.
Yaşıl rəngdə mastikadan isə ulduz formalı fiqurlar kəsib, diş çöpünü ortasından keçirməkə qızılgülün kasacığını düzəldə bilərsiniz (birləşmə yerlərini su ilə islatmağı unutmayın).
Hazır qızılgülləri, məsələn, almanın üzərinə sanca bilərsiniz. Onları 1 sutka qurutmaq lazımdır.
Quruyanda güllərin üzərində şəkər pudrası qalır. Fırçanı yüngülcə suda isladaraq onun köməyilə pudranı güllərin üstündən təmizləyə bilərsiniz.
Əgər gül formanız yoxdursa, ağzı dar badənin köməyilə yaydığınız mastikadan dairələr kəsin (diametri təxminən 3 sm). Yenə də mastikadan damcı formasında fiqur düzəldib diş çöpünün ucuna bərkidin. Dairələri yenidən yayıb həmin "damcı"nın ətrafına bükün. Beləcə, üst-üstə bükməklə hansı böyüklükdə istəsəniz, qızılgüllər ala bilərsiniz. Bitişmə yerlərini su ilə islatmağı unutmayın.
Nuş olsun!
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc itkin düşdü
-
Argentina millisinin DÇ-dən kənarlaşdırılması ilə bağlı petisiya yaradıldı
-
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir (Foto)
-
Yayda hansı meyvələri yemək daha faydalıdır?
-
Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olunub (Foto)
-
AIDA ilə IBSA arasında beynəlxalq inkişaf əməkdaşlığı haqqında memorandum imzalanıb (Foto)
-
Azərbaycan Ordusunun hərbçisi vəfat etdi (Foto)
-
Kəlbəcərdə çayda batan azyaşlının (Fotosu)
-
Hikmət Hacıyev: "D-8 Media Mükəmməllik Mərkəzi dezinformasiya ilə mübarizədə qlobal platforma olacaq"
-
Xoşqədəm ailəsi ilə istirahətdə (Foto)
-
Media Mükəmməllik Mərkəzi D-8 üzv dövlətlərinin KİV-ləri arasında əməkdaşlıq platformasına çevriləcək - Hikmət Hacıyev
-
78 yaşlı Hülya Koçyiğit idman zalında (Foto)
-
IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xocalı Soyqırımı Memorialını ziyarət ediblər (Foto)
-
Tramp İranın blokadasının bərpa olunduğunu elan edib
-
"Caspian International Hospital"da qanunsuz mayalanma proseduru aparılırmış
-
"Həyatımın ən böyük sevgisi " - Əməkdar artist Rəşidə Rəşid (Foto)
-
Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi itkilərini açıqladı
-
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimindən sonra tədbir iştirakçıları ilə görüşüb - (Video)
-
Yayda buzlu su içmək təhlükəlidirmi?
-
Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü
-
Parlamentin son iclasında 26 məsələ müzakirə olunacaq
-
Saxta malların aşkarlanmasında süni intellektin rolu artır
-
Sabahdan hava kəskin dəyişir: Leysan yağacaq, dolu düşəcək
-
" 10 il Leyli-Məcnun kimi sevsəm də, ayrılanda 1 həftəyə unuduram"