Kulinariya

Mətbəx sirləri: Badımcanlı parmicano

6 Avqust 2014 07:00
0 Şərh     Baxış: 4 696
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az eda.ru-ya istinadən italyan mətbəxindən badımcanlı parmicanonun hazırlanma qaydasını təqdim edir

Tərkibi:

3 badımcan
1 dəstə reyhan
5 x.q. zeytun yağı
150 q motsarella pendiri
100 q parmezan pendiri (sürtgəcdən keçirilmiş)
200 q öz şirəsində pomidor konservi
duz
qara istiot

Badımcanları yuyub fal-fal doğrayın. Nə çox qalın, nə də çox nazik olsun.
Hər iki üzünü duzlayıb 15 dəqiqə saxlayın. Sonra duzun artığını salfetlə təmizləyin.
Badımcanları zeytun yağında qızardın. Artıq yağını çəkməsi üçün kağız salfetin üzərinə düzün. Sonra badımcanları qaba yığın.

Motsarellanı nazik dilimləyin. Reyhanı xırdalayın.
Sobanı 220 dərəcə qızdırın. Siniyə perqament döşəyin. Üzərinə lay-lay düzün: badımcın + motsarella + pomidor + reyhan + parmezan + badımcan + parmezan.
5-10 dəqiqə sobada bişirin. Üzərinə parmezan və xırdalanmış reyhan səpin.

Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.