2010-cu ildə adı "Ginnesin Rekordlar Kitabı"na düşmüş Nəhəng Corc ölüb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ-ın Arizona ştatındakı Tuson şəhərindəki ailəyə məxsus bu it 8 yaşının tamam olmasına bir gün qalmış ölüb.
111 kq çəkiyə malik Nəhəng Corc doğulanda balaca küçük olsa da, sonradan dünyanın ən böyük itinə çevrilmişdi.
İtin sahibi Deyv Naserin dediyinə görə, ayda 81 kq ət yeyən bu it ailənin bir üzvü idi sanki.
İtin ölümü barədə Deyv və Kristi Naserlər dünən Facebook səhifələrində xəbər veriblər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.








Fotolar: Daily Mail