Hadisə

Efirdə dava düşdü - Zaur qonağı verilişdən qovdu

17 Fevral 2016 16:32
31 Şərh     Baxış: 28 619
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ATV-də yayımlanan "Bizimləsən" verilişinin canlı yayımı zamanı xoşagəlməz hadisələr yaşanıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, verilişin aparıcısı Zaur Baxşəliyev efirə çağırdığı tanınmış musiqiçi Zahid Qubadlı ilə yanaşı, Qubadlı Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlham Əhmədova qarşı da hörmətsizlik edib.

"Sən bura niyə gəlmisən" deyən Baxşəliyev şöbə müdirindən çəkiliş yerini tərk etməsini tələb edib və mühafizəçiləri çağırıb. Mühafizəçilər İ.Əhmədova zor tətbiq edərək onu uzaqlaşdırmağa çalışıblar.

Verilişin digər qonaqlarının müdaxiləsindən sonra vəziyyət sakitləşib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.